Ölkə futbolu
Prosineçki: “Azərbaycan millisində indi də siqaret çəkən futbolçu var” (MÜSAHİBƏ)
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki “Qafqazinfo”ya maraqlı açıqlamalar verib.
Futbolxeber.az sizi xorvatiyalı mütəxəssisin müsəhibəsi ilə tanış edir:
- Berti Foqtsun gedişindən və sizin gəlişinizdən sonra Azərbaycan millisi uğurlu çıxış etməyə başladı.DÇ-2018-in seçmə mərhələsində 4 oyundan sonra 7 xalımız var. Komandada nəyi dəyişdiniz?
- Bu suala cavab vermək çətindir. Məndən əvvəl burda olan həmkarım haqqında danışmağı sevmirəm. Sözsüz ki, komandada dəyişikliklər oldu. Əsasən gənc futbolçular milliyə dəvət aldılar. Sistemimiz də dəyişdi və daha çox topla oynamağa başladıq. Komanda təkcə müdafiə olunmur. Seçmə mərhələdən öncə kimsə desəydi ki, Azərbaycan yığması 4 oyundan sonra 7 xal yığacaq heç kim inanmazdı. Hiss olunur ki, 3 oyundan sonra olan məğlubiyyətsiz seriya ölkədəki futbol azarkeşlərində eyforiya yaratdı. Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyətdən sonra bu eyforiya "yatdı". Hər şeyi nəzərə alsaq, seçmə mərhələyə yaxşı başlamışıq. Bizim evdə kifayət qədər vacib oyunlarımız var. Şansımız qalır. Bu çətin qrupda ikinci yeri tuta bilərik.
- Bunun davamını gətirmək üçün sizə nə lazımdır?
- Əlimizdən gələni edəcəyik ki, hər şey istədiyimiz kimi getsin. Amma Azərbaycan futbolundakı problemlər hər kəsə bəllidir. Çempionatın keyfiyyəti çox aşağıdır. Biz bunu qaldırmasaq, çətin olacaq. Nəzərə alın ki, millidə çıxış edənlərin əksəri Azərbaycan çempionatında top qovur. Ölkədə cəmi iki yaxşı komanda var – “Qarabağ” və “Qəbələ”. Digərlərində ya yaxşı futbolçu yoxdur, ya da maliyyə problemləri komandanı sıxır. Keyfiyyət yuxarı qalsa, milli daha yaxşı oynayar. Yığmanın üzvlərindən legioner həyatı yaşayanlar isə heç də həmişə əsas heyətə düşmürlər. Bu da böyük problemdir. Onlar daim oynamalıdırlar ki, komandaya xeyirləri dəysin. Siz Almaniya, Şimali İrlandiya, Çexiya və Norveçin futbolçularına baxın. Daim yüksək səviyyəli oyunlarda meydana çıxırlar. Bizdə isə elə deyil. “Qarabağ” və “Qəbələ” Avropa Liqasında oynayırdılar. Onların futbolçuları güclü rəqiblərə qarşı çıxış edirdi. Amma bu da azdır. Yəni onunla hər şeyi həll etmək olmaz. Güclü millilərə qarşı yüksək səviyyədə futbol təcrübəsi ilə çıxış etmək lazımdır. Millinin uğurunun açarı da klublardadır. 2017-ci ilin mart ayında Almaniyaya qarşı oynayacağıq. Yaxşı çıxış etməyə və sonrakı ev oyunlarında xal qazanmağa çalışacağıq. Gördüyümüz çox kiçik bir işığa doğru da inanaraq gedəcəyik. Yaxşı hazırlıq da bizim üçün vacibdir. Bizə hər kəs - mətbuat, azarkeşlər də dəstək olmalıdır. Norveçlə oyundakı qələbədə azarkeşlərin dəstəyi də bizə kömək oldu.
- Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyət futbolsevərləri eyforiyadan ayıltdı. Bəs, futbolçular burdan nə götürdü?
- Hesab oyuna görə olmadı. Üç qolu standar vəziyyətdən buraxdıq. Gələcəkdə belə səhvlərə yol verməməyə çalışacağıq. Onlar göstərdilər ki, standart vəziyyətlərdən çox güclüdürlər. Düzdür, razı qalmadım. Çünki şanslarımız var idi. Almaniyaya qarşı çətin oyundan öncə yoldaşlıq görüşü keçirsək, yaxşı olar. Keçirməsək də, bəhanə axtarmayacam. Bundan əvvəl də heç vaxt deyinməmişəm.
- Bir az futboldan kənar...Sələfiniz Berti Foqtsdan fərqli olaraq ailənizlə Bakıda yaşayırsınız. Futbolun nömrə 1 sayıldığı İspaniya və Xorvatiyadan fərqli olaraq burda yaşamaq, işləmək çətin deyil?
- Mən burda yaşamaqdan və işləməkdən zövq alıram. Ailəm də Bakıda yaşamaqda çətinlik çəkmir. Bakı gözəl şəhər, Azərbaycan da gözəl ölkədir. Burda yaşamaq üçün hər şey var. Təkcə, anam və qardaşım üçün darıxıram. Başqa hər şey gözəldir. Çox futbola baxıram. Darıxmağa da az vaxtım olur. Futbolçularımın çoxu ölkə çempionatında çıxış etdikləri üçün onları izləyirəm. Burda yaşamağım oyunlara baxmağıma kömək edir və seçimimi daha rahat edirəm.
- Övladlarınız burda məktəbə gedir. Hansı dildə təhsil alırlar və razısınız?
- Övladlarımın təhsilinə böyük önəm verirəm. Burda “Tizen Məktəbi”ndə oxuyurlar. Bu beynəlxalq fərdi məktəbdir. Heç bir problem yoxdur. Bu məktəb bütün dünyada tanınır.
- Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Bakıya səfərə gəldi və Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü. Həmin görüşdə siz də iştirak etdiniz. Ökə başçıları sizinlə nə danışdılar?
- Cənab prezident məni şam yeməyinə dəvət etmişdi. Çox xoş bir atmosfer idi. Ölkə başçısı İlham Əliyevlə tanış olmaq sevindiricidir. O futbol azarkeşidir. Nəticələrə görə mənə təşəkkür etdi. Son illərdə ən uğurlu çıxış olduğunu bildirdi. Bu mənim üçün xoş bir hal idi. Cənab prezidenti bu sevindirir. Biz də çalışacağıq ki, davam etdirək. Mən Xorvatiyada tanınmış bir insanam. Avropadakı çıxışlarıma görə hər kəs Prosineçkini tanıyır. Çünki futbol bizdə bir nömrəli idman növüdür. Ona görə də Xorvatiya prezidenti bura gələndə mənimlə görüşdü. Ölkə başçıları bildirdilər ki, mən həm Azərbaycanda Xorvatiyanın, həm də Xorvatiyada Azərbaycanın ən yaxşı səfiriyəm. Çox xoşdur. Onlarla söhbət məni sevindirdi və tanışlığa görə fəxr edirəm.
- Bəs, sizin görüşünüz əvvəlcədən planlaşdırılmışdı?
- Bir gün əvvəl Xorvatiya prezidenti ilə şam yeməyində idik. Bildirdi ki, sabah Azərbaycan prezidenti bizi şam yeməyinə dəvət edib və ora siz də gəlin. Gözlənilməz oldu, çox sevindim.
- Bir müddət öncə ölkənizin mətbuatı Zaqrebdə biznesiniz olduğu barədə yazmışdı. Futbolla biznesi bir arada necə idarə edirsiniz?
- Mən bizneslə məşğul olmuram. Bu yazılanlar həqiqətə uyğun deyil. Bizdə padel adlı idman növü var, tennisə oxşayır. Onun üçün dostlarım meydança yaratdılar. Mən də onlara kömək etdim. Xorvatiyada çox məhşur idman növüdür. Digər ölkələrdə tanınmır.
- Bir neçə ay öncə sizin futbol oynadığınız zamanlarda siqaret çəkdiyinizlə bağlı video mətbuatda səs-küy yaratdı. Təbii ki, futbolçu Prosineçki ilə Azərbaycan millisinin hər hansı üzvünü müqayisə etmək mümkün deyil. Amma sizin komandada siqaret çəkən bir futbolçu olsaydı, onu heyətdə saxlayardınız, yoxsa qovardınız?
- Ola bilsin ki, Azərbaycan millisində indi də siqaret çəkən futbolçu var. Onu görsəm, sözsüz ki, deyəcəm bu yaxşı deyil. Mən karyeramı boyu həmişə siqaret çəkmişəm və bunu təkzib etmirəm. Tanıdığım çox sayda belə məhşurlar var. Amma onlar meydana çıxıb öz futbollarını oynamağı bacarıblar. Əgər bir futbolçu siqaret çəkməklə də oyununu itirmirsə, hər şeyi düzgün tənzimləyirsə, problem yoxdur. Bu onun şəxsi işidir. Amma cana ziyandır və çəkməmələri daha yaxşıdır.
- Qolunuzdakı döymələri ilk dəfə belə görürük. Onlar hamısı futbolla bağlıdır?
- Döymələrin futbola heç bir aiddiyatı yoxdur. Hamısı ailəmlə bağlıdır. Həyat yoldaşımın və qızlarımın adını qoluma yazdırmışam. Bu döymə elə bir xəstəlikdir ki, bir dəfə edəndən sonra davamını istəyirsən.
- Hazırda “Qəbələ”də çıxış edən Ruslan Qurbanov vaxtilə Xorvatiyanın “Hayduk” klubuna gedərkən də, “Xəzər Lənkəran”ın sabiq üzvü Elnur Cəfərov “Duqopolye” ilə müqavilə bağlayarkən də bu transferlərdə sizin adınız hallandı. Birbaşa xorvat klublarına onları sizin təklif etdiyiniz deyildi...
- Ruslan Qurbanovla bağlı məndən soruşdular. “Hayduk”dan zəng edib onun haqqında fikirlərimi soruşdular. Dedim ki,yaxşı futbolçudur. Təəssüf ki, həmin vaxt “Hayduk”un həmin vaxt maddi durumu yaxşı deyildi. Elnurla bağlı isə heç bir fikrim olmayıb.
- Türkiyə Superliqasında mübarizə aparan “Kayserispor”da çıxış edən Ufuk Budakın milliyə dəvət almaması sizi tənqid hədəfinə çevirdi. Onun çağırılmaması sırf sisteminizə uyğun gəlmədiyi üçündür?
- “Kayserispor” hazırda Türkiyədə sonuncu pillədədir. Ufuk Budakla da heç bir problemim yoxdur. O mənim sistemimə uyğun futbolçu deyil. Avstriyadakı təlim-məşq toplanışına onu çağırmışdıq. Gözlədiyim və gördüyüm fərqli-fərqli şeylər idi.
- “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindən son anda çıxa bilməməsinin səbəbi kimi nəyi düşünürsünüz?
- Bayaq milli komanda haqqında dediklərim burda da keçərlidir. Çempionatın səviyyəsi aşağıdır. Sizə bir misal çəkəcəm: “Qarabağ”ın “Nefçti”ni 2:0 hesabı ilə udduğu oyuna baxın. Qurban Qurbanovun komandasının müdafiə xətti həmin matçın gedişində çay da içə bilərdi. “Neftçi”nin heç bir sürətli hücumu olmadı. Amma qarşılarına Nikola Kaliniç kimi hücumçu çıxanda hər şey fərqli olur. “Qarabağ” və “Qəbələ” çempionatda rəqiblərini rahatlıqla uda bilir. “Fiorentina”, “Maynts” kimi komandalarla oyunda isə səviyyə fərqi görünür. “Qarabağ” və ya “Qəbələ” bu çempionatla qrupda yalnız bir oyunda çox uğurlu çıxış edər. 3-4 matç ardıcıl güclü futbol göstərməsi mümkün deyil. Rəqabətsiz şəraitdə belə güc göstərmək çətindir. Nikola Kaliniçin 40 milyon avro qiyməti var, Milan Badelin 30 milyon avro...Sözsüz ki, pul hər şeyi həll etmir. Amma bu qiymətlər həmin oyunçuların keyfiyyətinə görədir. “Fiorentina” “Yuventus”, “Milan”, “Napoli” ilə oynayır. “Qarabağ” isə “Sumqayıt” və AZAL-a qarşı. Dünənki “Qarabağ”ın “Sumqayıt”ı 6:0 udduğu oyunu izləyin. Ağdam klubunun futbolçuları heç meydanda tərləmədilər də. Rəşad Sadıqov və Bədavi Hüseynov kimi oyunçular belə oyunlarda kofe içirmiş kimi oynayırdılar. Bu Xorvatiya çempionatına da aiddir. Zaqreb “Dinamo”su da çempionatda hamını udur. Amma gedib Çempionlar Liqasında bütün oyunlarda uduzdu. Şimali İrlandiyanın heyətində oynayanlar İngiltərə çempionatında çıxış edir. “Vest Bromviç”in müdafiəçiləri “Çelsi”nin hücumçuları Dieqo Koşta və Eden Azara qarşı əla oyun göstərdilər. Fərqi təsəvvür edirsiz. Onlar hər həftəsonu belə oyun keçirirlər.
- Azərbaycan mentalitetinin futbolçularımıza mane olduğu dəfələrlə müzakirə mövzusu olub. Yəni xaricə gedənlər də “vətən üçün darıxıram” deyib qayıdırlar...
- Bununla razıyam. Amma təkcə mentalitet problemi deyil. Keyfiyyət də futbolçulara mane olur. Yəni bir futbolçu, azərbaycanlı oyunçu xaricə gedir və ilk aylarda özünü göstərə bilmirsə, sonra da darıxıb qayıdır. Niyə Riçard Almeydanın, Dani Kintananın problemi yoxdur. Riçi Azərbaycana gəlib pul qazanır və həm də göstərir ki, o peşəkardır, komandanın vacib fiqurlarından biridir. Oyunu alınmayanda da “döyüşür”.
- “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçin Xorvatiya millisinə dəvət almasından xəbərdarsınız?
- Bundan xəbərim var. Çində turnirə qatılacaqlar. Çempionat olmasına baxmayaraq “Qəbələ” ona icazə verib. Çox yaxşı haldır. Təbii ki, gələcəkdə Ozobiçin Xorvatiya millisinə düşməsi çətin olacaq. Allah ona kömək olsun. Avropanın top çempionatında mübarizə aparan futbolçular var ki, yığmaya çağırılmır. Məsələn, “Milan”da Mario Pasaliç, “Napoli”də Roq və s. Onun mövqeyində İvan Rakitiç, Luka Modriç və Mateo Kovaçiç var. Hansı ki, “Barselona” və “Real”da oynayırlar.
- “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovu “Prosineçkinin sevimli futbolçusu” adlandırırlar...
- Mənim sevimli futbolçum yoxdur. Əfran Azərbaycanda ən istedadlı oyunçudur. Onun haqqında çox şey eşidirəm. Deyirlər ki, peşəkar şəkildə məşqlərə yanaşmır, üzərində az işləyir. Çempionatın son turunda “Qarabağ” – “Qəbələ” oyununda son dəqiqədə etdiyi hərəkəti Azərbaycanda yalnız Əfran edə bilər. O, peşəkar şəkildə məşq etsəydi, Avropanın top klublarında ola bilərdi. Əfran həmin futbolçudur ki, tələb etdiyim hər şeyi meydanda edir. Şimali İrlandiya ilə matçda Deniz Yılmaza verdiyi ötürməni unutmaq lazım deyil.
- “Barselona” və “Real” kimi klubların hər ikisində çıxış etmisiz. “El Klasiko”da kimə azarkeşlik edirsiz?
- “Barselona”nın oynadığı futbol mənə görə daha yaxşıdır. Onlar xoşuma gələn futbol nümayiş etdirirlər. Messi, Neymar kimi oyunçular futbolun gözəlliklərini göstərirlər. Amma ümumilikdə hər iki klub möhtəşəmdir. Mənim bəxtim gətirib ki, hər ikisində çıxış etmişəm. İlk dəfə “Real”da oynamışam və daha çox oyun keçirmişəm. Bu komandalar arasındakı oyun tamaşadır. “El Klasiko”da “Real”a azarkeşlik edirəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- "Qarabağ"ın klublara qazandırdığı pulda kimin haqqı var?
- Ayxan Abbasov AFFA-nın “sirri”ni açıqladı: “Yay toplanışından sonra...”
- Riad Rəfiyev Harvardın məzunu oldu
- Qapı bağlı qalıb... qapıçılarımıza
- Litvanın 19 illik həsrətinə son qoyan U-19 millimiz - İnkişaf Strategiyasi budur?
- “Milliyə dəvət almağımda “Turan Tovuz”un məşqçilər korpusunun böyük əməyi var”
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Azərbaycan millisindən fiasko: 3 oyun, 0 qələbə, əlvida növbəti mərhələ
- “Şəfa” darmadağın oldu
- AFFA İntizam Komitəsi 3 kluba texniki məğlubiyyət verib
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
-
18:00
Benzema “Lion”a qayıdır?
-
17:37
PFL prezidenti əməliyyat olunub
-
17:15
Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə cüdo birinciliyi keçiriləcək
-
16:42
Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək
-
16:28
XXXI turun oyun cədvəli açıqlandı
-
16:04
Türkiyənin məşhur brendi “Qarabağ”ın tərəfdaşı oldu
-
15:36
AFFA rəsmisi UEFA-nın tədbirində
-
15:19
Azərbaycanın iki sərbəst güləşçisi yarımfinalda
-
14:59
Finalın nominal meydan sahibi məlum olub
-
14:21
Azərbaycan klubu daha bir legioneri ilə vidalaşıb
-
13:43
İnqilab Məmmədov II Liqaya göndərildi
-
13:17
Sanço sabiq klubuna qayıdır
-
13:00
Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada
-
12:35
Şotokan üzrə dünya çempionatında Azərbaycanı 10 karateçi təmsil edəcək
-
12:22
Firuz Abdulla: “İnam vacib amildir, amma məqsədə çatmaq üçün təkcə bu, yetərli deyil”
-
11:48
Bernardu Silva iki klub arasında seçim edəcək
-
11:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:54
"Vilyarreal" qələbəni əldən verdi VİDEO
-
10:39
“Sumqayıt” və “ Araz-Naxçıvan”ın oyunları FİFA referilərinə tapşırıldı
-
10:21
“Araz-Naxçıvan”dan 18, “Neftçi”dən 16 qollu qələbə
-
10:03
Sahil Babayev yenidən Boks Federasiyasının prezidenti seçilib
-
09:47
"Səbail" 3 xalı 4 qolla qazandı VİDEO
-
18:36
“Səbail” darmadağınla ikinci pillədə
-
17:49
“Zirə”nin 3-cü finalı
-
17:18
UEFA Ardanı cərimələdi
-
17:00
Azərbaycan millisi Belarusla iki yoldaşlıq oyunu keçirəcək
-
16:22
“Neftçi”nin rəsmi mağazasında yeni kampaniya: Nəsildən-nəslə ötürülən sevgi!
-
15:53
Azərbaycanı Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək
-
15:35
İki qadın güləşçimiz Avropa çempionatının yarımfinalında
-
14:47
"Qalatasaray" - "Fənərbaxça" derbisi ona tapşırıldı
-
14:16
Mikayıl Cabbarov Avropa çempionu olan yunan-Roma güləşi millisini təbrik edib
-
13:04
Qurban Qurbanov: “İstəyirik ki, bundan da böyük uğurlar qazanaq”
-
12:21
Benzia da haqsızlığa dözmədi: “Hakim biabırçıdır”
-
11:59
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
Boksçumuz dünya kubokunda daha bir qələbə qazandı
-
11:18
"Latsio" finalda VİDEO
-
10:45
Fabian Buntiç: “Hamı gördü ki, top ələ dəymişdi, təmiz penalti idi”
-
10:23
Nəriman ehtiyatda qaldı, komandası qalib gəldi
-
10:00
"Qalatasaray" da kubokla vidalaşdı VİDEO
-
09:37
Güləş millimiz komanda hesabında Avropa çempionu oldu
-
18:43
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi
-
17:29
Kapitan 11 ildən sonra gedir
-
16:56
Naxçıvanda yeniyetmələr arasında cüdo yarışları keçiriləcək
-
16:30
Türkiyə klubunda rumın baş məşqçi
-
16:14
“Gəncə” braziliyalı legioneri ilə vidalaşıb
-
15:47
AFFA “Karvan-Yevlax”ı çempionatdan kənarlaşdırdı
-
15:22
AFFA U-17 millisinin baş məşqçisi ilə yollarını ayırdı
-
15:05
Gənclər və İdman Nazirliyində 15 milyonluq müəmma
-
14:31
Cüdo Federasiyası Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək
-
13:58
Rebrov istefa verdi
24.04.2026
23.04.2026
22.04.2026























