23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Ölkə futbolu

AZAL-ın 50-si

AZAL Azərbaycan kubokunda 50-ci qolu vurub. 
 
Futbolxeber.az-ın məlumatına görə, yubiley qolu cari mövsümün 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. “Qəbələ” ilə qarşılaşmada hesabı açan Mirzağa Hüseynpur Bakı klubunun tarixinə 50-ci qolun müəllifi kimi düşüb. Lakin onun komandası üstünlüyü qoruya bilməyərək, 1:2 hesabı ilə uduzub.
 
Əvvəllər AMMK, “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edən AZAL 50-ci qolunu 42-ci matçda vurub. Orta məhsuldarlığı 1,19-a bərabər olan paytaxt klubu 42 oyunda 16 qələbə qazanıb, eyni sayda məğlubiyyət alıb və 10 heç-heçə edib. 50 qol vuran komandanın Qəbələdə buraxdığı son top 40-cı olub.
 
Qeyd edək ki, “təyyarəçilər” kubokda 50 və daha çox qol vuran 17-ci komanda olub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31