7 Noyabr 2025, Cümə
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı
“Zəfər turu”nun təyinatları
UEFA reytinqi: Azırbaycanın xalı artdı

Ölkə futbolu

Qurban Qurbanov “Beşiktaş”la oyun barədə danışdı

“Yaxşı oyun alındı. Mərhələnin ilk matçı üçün yaxşı nəticə idi. Azarkeş və futbolçularımızı təbrik edirəm”. Futbolxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la keçirilən ilk oyunundan sonra "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov deyib.
 
Təcrübəli mütəxəssis 6:0 hesablı qələbədən sonra bunları bildirib: “Sumqayıt”a uğurlar arzu edirəm. İtkiləri çox idi. Futbolçularımın oyunundan razı qaldım. Cavab görüşündə dəyişikliklər olacaq. Amma indidən deyə bilmərəm. Çünki Premyer Liqa oyunumuz var”.
 
Qurbanov “Beşiktaş”la yoldaşlıq oyunu haqqında gəzən xəbərlərə də münasibət bildirib: “Klub rəhbərliyi səviyyəsində danışıqlar olub. Amma ortada dəqiq nəsə yoxdur. Xəbərim var ki, əməkdaşlıq etmək, Bakıda yoldaşlıq görüşü keçirmək istəyirlər. Onların klub nümayəndələri Bakıya gələndən sonra dəqiq qərar veriləcək”. (Apasport.az)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30