23 Avqust 2026, Bazar günü
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

AFFA “Qarabağ”ın 2 futbolçusunu və məşqçisini cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytınının məlumatına görə, 9 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz  Premyer Liqasının XIII turunun “Qarabağ” - “Qəbələ” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

- “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub  (maddə 40).

- Oyunun 39-cu dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub (maddə 62).

- Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 20 №-li futbolçusu Riçard Almeida aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq,  meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub  (maddə 38.3).

- Matçın video yazısını izlədikdən sonra müəyyən olunmuşdur ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 91 №-li futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub (maddə 37.1).

- “Qarabağ” klubunun 2-ci qolundan sonra klubun 12 №-li futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub.

- Növbəti ev oyunlarında “Qarabağ” klubu təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub.

- Hər iki klubun nizam-intizam qaydalarına ciddi şəkildə riayət etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31