Ölkə futbolu
Əzəmətini itirmiş derbi TƏƏSSÜRAT
Azərbaycan futbolu maddi baxımdan ağ günə çıxmamışdan öncə ölkədə 2 əsas söz sahibi olan klub var idi. Biri “Neftçi”, digəri “Kəpəz”. Düzdür, müəyyən vaxtlarda “Qarabağ”, “Turan”, “Şəmkir” çempion olsalar da, əsas dəbi müəyyənləşdirən məhz bakılılarla gəncəlilər idi.
2004-cü ildə futbolumuzda böyük pullar dövr etməyə başladı. “Neftçi”də bu baxımdan çətinlik olmasa da, “Kəpəz” son 10-12 il ərzində güclü maliyyə dayağına həsrət qalıb. Elə bu gün də Azərbaycanın ikinci ən böyük şəhərinin komandası AFFA-nın hesabına yaşayır.
“Bakı”, “İnter”, “Qəbələ”, “Xəzər Lənkəran” və digər klublar müxtəlif vaxtlarda iddialı olsalar da, gəncəlilər üçün “Neftçi”nin yeri başqadır. Elə dünən Gəncə şəhər stadionunda gördüklərimiz də buna sübutdur.
QADINLARA QARŞI ZORAKILIĞA “YOX” DEYƏK
Girişdən və saytımızın dünənki fəaliyyətindən də gördünüyü kimi, Peşəkar Futbol Liqası və Topazın dəstəyi ilə jurnalistlərin bölgələrə səfərləri çərçivəsində bu dəfə Gəncəyə üz tutduq.
Avtovbusda yerimizi təzəcə tutmuşduq ki, PFL-in Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov “Kəpəz” - “Neftçi” matçından öncə sosial layihə həyata keçiriləcəyini bildirdi. Gender əsaslı Zorakılığa qarşı kampaniya çərçivəsində daha böyük auditoriyaya qadın zorakılığına qarşı mesajın çatdırılmasına AFFA və PFL də dəstək verir.
Gəncəyə əvvəlki səfərimizdən fərqli olaraq, bu dəfə şəhərin girəcəyində avtobusumuzu saxlayan olmadı. 5 saatlıq səfərin sonunda Gəncə stadionuna çatdıq. Həmin vaxt matçın başlanmasına hələ 1 saat qalırdı.
XEYİR ŞƏRƏ QARIŞDI
Yolda aldığımız 25 yaşlı futbolçu Şəhriyar Xəlilovun ölüm xəbəri hər birimizi məyus etdi. Matçdan öncə mərhumun xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Daha sonra az əvvəl qeyd etdiyimiz sosial layihə həyata keçirildi. Futbolçular ciblərindən qırmızı vərəqə çıxarıb tribunaya tərəf tutdular. Bu, qadınlara qarşı zorakılıq törədənlərə qarşı mesajdır: “Gəlin, qadınlara qarşı zorakılığa birgə YOX söyləyək”.
Daha sonra isə “Kəpəz”in üzvü, baş məşqçi Şahin Diniyevin oğlu Kərimin bu günlərdə ata olması qeyd olundu. Xoş hadisə münasibəti ilə “Kəpəz”in azarkeşlərlə iş üzrə əlaqələndiricisi Elmar Əliyevin oğlu gül buketini Kərimə təqdim etdi.
TƏLƏBƏLƏR BAŞIMIZIN ÜSTÜNÜ ZƏBT ETDİ
Ötən mövsümdən fərqli olaraq, bu il Gəncə stadionunda jurnalistlərin fəaliyyəti üçün pis-yaxşı şərait yaradılıb. Amma əsas problem media nümayəndələrinin əyləşdiyi yerdə azarkeşlərin də oturmasıdır. Dünən başımızın üstünü Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri zəbt etmişdilər. Onlar 90 dəqiqə ərzində dayanmadan sevimli komandalarına dəstək verirdilər. Bir tərəfdə “Kəpəz” sevgisi, bir tərəfdə də İbrahim Cəfərov amili. Belə ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, “Kəpəz”in Müşahidə Şurasının üzvü İbrahim Cəfərovun da tribunada yer alması fanatları daha fəal olmağa sövq edirdi. Tələbələrin fəallığı isə bizim işimizi çətinlışdirirdi. Təsəvvür edin ki, 50-yə yaxın azarkeş 90 dəqiqə ərzində dayanmadan başımızın üstündə qışqırır, “Kəpəz”i qələbəyə səsləyir, rəqibi isə fitə basırdılar. Belə şəraitdə necə işləyəsən? Yaxşı olardı ki, “Kəpəz” rəhbərliyi tezliklə bu məsələyə əlac tapsın.
“NEFTÇİ” AZARKEŞLƏRİ ÜÇÜN “XOŞ” QARŞILANMA
Ağır günlərini yaşayan “Neftçi” Gəncədə dəstəksiz qalmadı. 30-a yaxın “Forza Neftçi” üzvü komandanı dəstəkləmək üçün Nizami Yurduna yollanmışdı. Onlar stadiona sevimli komandalarının şərəfinə mahnı oxumaqla daxil oldular. Bu isə yerli publikanın narazılığına səbəb oldu. Gəncəli fanatlar dərhal uğultu səsləri ilə qonaqların səsini batırdılar. Bu an yaxınlığımızda əyləşən yaşlı bir azarkeş ayağa qalxaraq “Neftçi”nin ünvanına təhqiredici şüar səsləndirdi. Polislər isə dərhal ondan sakitləşməyini istədilər.
“KƏPƏZ” “NEFTÇİ”Nİ MEYDANDAN SİLDİ
Gərgin idman mübarizəsi şəraitində keçən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşdı. Oyun barədə geniş danışmağa ehtiyac yoxdur. Qısaca onu qeyd edək ki, “Kəpəz” bütün komponentlərdə rəqibini üstələdi. Hər hissədə 1 qol vuran Gəncə təmsilçisi 3 xala sahib çıxdı. “Neftçi”nin meydanda varlığı ilə yoxluğu bilinmirdi. Bəlkə də qəribə səslənəcək, amma “ağ-qaralar”ın heyətində ən çox istəkli yenidən futbola qayıdan Mahir Şükürov idi. Digərləri sanki əvvəldən məğlubiyyəti qəbul edərək meydana çıxmışdılar.
ŞAHİN DİNİYEV QONAQLIQ SÖZ VERDİ
Matçdan sonra keçirilən mətbuat konfransı da maraqlı alındı. Elxan Abdullayev ənənəvi olaraq komandasının yenilgisini heyətin zəifliyi, komandadakı çatışmazlıqlarla əlaqələndirdi.
“Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev isə jurnalistlərlə bağlı uğursuz seriyaya son qoyduqlarını sevinclə qeyd etdi. Son 2 il ərzində media nümayəndələrinin Gəncəyə 4 səfəri zamanı meydan sahibləri qələbəyə həsrət qalmışdılar.
Bir neçə gün əvvəl baba olan Şahin Diniyevin isə sevinci ikiqat idi. Bir yandan nəvə Şahin Diniyevin dünyaya gəlməsi, digər tərəfdən də qələbə təcrübəli mütəxəssisin əhvalını xeyli yüksəltmişdi. Gəncəli jurnalistlərdən birinin təklifinə cavab olaraq, Şahin Diniyev jurnalistlərə qonaqlıq da söz verdi: “Bakıda yığışın, məni də dəvət edin, problem yoxdur”...
Sonda Gəncəyə səfərimizi təşkil edən PFL və Topaz rəhbərliyinə təşəkkür edirik.
İBRAHİM
Bakı-Gəncə-Bakı
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























