Ölkə futbolu
14 illik həsrətin sonu TƏHLİL
Topaz Premyer Liqasının XIII turunun açılış matçı Gəncədə keçirildi. Futbolxeber.az saytının məlumatına görə, “Kəpəz” öz meydanında “Neftçi”ni qəbul edirdi.
QONŞULARIN OYUNU
Qarşılaşma hər iki komanda üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki son turlar həm “Neftçi”, həm də “Kəpəz” uğursuz çıxışla yadda qalırdı. Ötən tur Gəncə klubu “Qarabağ”a, “ağ-qaralar” isə “Sumqayıt”a uduzmuşdu. Odur ki hər iki tərəf uğursuzluğa bu oyunda son qoymaq arzusundaydı. Komandalar turnir cədvəlində qonşu olmaları ilə seçilirdilər. Buna qədər “Kəpəz”in 12, “Neftçi”nin isə 9 xalı var idi. Qonaqlar meydandan 3 xalla ayrılacaqları halda, turnir cədvəlində Gəncə klubunu geridə qoyacaqdı.
STATİSTİKA “NEFTÇİ” DEYİRDİ
Bu, tərəflərin 45-ci oyunu idi. Buna qədər baş tutan 44 oyunun statistikası qonaqların lehinə idi. Belə ki, baş tutan 44 oyundan 21-də “Neftçi”, 16-da “Kəpəz” qələbə qazanmışdı. 7 oyun isə heç-heçə başa çatmışdı. “Neftçi” vurduğu 69 qolun qarşılığında öz qapısında 41 qol görmüşdü.
Son 4 oyunda “Neftçi” meydanı qolsuz tərk etmirdi. Ardıcıl 3 matçda isə “ağ-qaralar” 2 qol vurub. Son 8 ev oyununda qələbə qazanmayan “Kəpəz” sonuncu dəfə 14 il əvvəl qonaqlara xal verməyib.
ŞAHİN DİNİYEV ÜÇÜN SON ŞANS?
“Kəpəz”in son turlardakı uğursuz çıxışı Şahin Diniyevin Gəncə klubundakı gələcək taleyini də sual altında atmışdı. Hətta qarşılaşmadan öncə bu matçın təcrübəli mütəxəssis üçün son şans olduğu deyilirdi. “Kəpəz” qələbə qazana bilməyəcəyi halda, Diniyevin istefaya göndərəcəyi iddia olunurdu.
CİNAHLARDAKI FƏALLIQ QOL GƏTİRDİ
Matça gözlənildiyi kimi, meydan sahibləri fəal başladılar. Elə oyundakı ilk təhlükəl epizod da qonaqların qapısı önündə yaşandı. Ebahın yaxın məsafədən zərbəsi qeyri-dəqiq alındı.
Çox keçmədən “Neftçi” oyunu bərabərləşdirə bildi. Epizodların birində Cavid İmamverdiyevin ötürməsindən sonra Rəhman Hacıyev əlverişli şans qazansa da, “Kəpəz”in müdafiə xətti sayıqlığı itirmədi.
20-ci dəqiqədən etibarən “Kəpəz” tamamilə “Neftçi”ni qapısına doğru sıxışda bildi. Daha təhlükəli hücumlar Gəncə klubu qonaqları qapısına doğru sıxışdıra bildi. Meydan sahiblərinin heyətində xüsusi ilə cinah yarımmüdafiəçiləri - Nicat Qurbanov və Orxan Əliyev fəallıqları ilə seçilirdilər.
Oyunda ən real qol epizodu 25-ci dəqiqədə yarandı. Lakin Juien Ebah təkbətəkdən yararlana bilmədi. Çox keçmədən “Kəpəz”in fəallığı bəhrəsini verdi. 27-ci dəqiqədə Nicat Qurbanovun ötürməsindən sonra Orxan Əliyev cərimə meydançasının daxilində rəqibindən sıyrılaraq qarşısıalınmaz zərbə endirdi.
Qoldan sonra da üstünlük “Kəpəz”in tərəfində idi. Nicat Qurbanovun asmasından sonra Serjio başla zərbə endirsə də, “Neftçi”nin qolkiperi komandasını real qoldan xilas etdi. Hücumun davamında Tural Axundovun zərbəsində azacıq dəqiqlik çatmadı.
Hissənin sonuna yaxın fəallaşan “Neftçi” Cavid İmamverdiyevlə hesabı bərabərləşdirə bilərdi. Ancaq Simaitis qonaqların sevinməsinə imkan vermədi.
EBAHIN QOLU “NEFTÇİ”N AYILTSA DA...
İlk hissədə olduğu kimi, ikinci 45 dəqiqəyə də meydan sahibləri fəal başladılar. Bu dəfə qol özünü çox gözlətmədi. Julien Ebah qapıı ilə təkbətəkdən maksimum yararlanmaqla “Kəpəz”in ikinci qolunu vurdu. Bu qol zamanı “Neftçi”nin müdafiə xəttindəki anlaşılmazlıq açıq-aşkar hiss olunurdu.
Qapısında ikinci qolu gördükdən sonra “Neftçi” nəhayət ki ayıldı. Bakılılar çox keçmədən hesab arasındakı fərqi azalda bilərdilər. Lakin Cavid İmamverdiyevin zərbəsinin qarşısını müdafiəçilər aldılar.
“Kəpəz” də “Neftçi”nin hücumlarına cavab verməyə çalışırdı. Meydan sahibləri 3 dəfə başla 3-cü qolu vurmağa yaxın idilər. Əvvəlcə Orxan Əliyevin zərbəsi qapıçıda qaldı. Daha sonra isə Renan Silvanın standard epizodlar zamanı zərbəsində dəqiqlik çatmadı.
“NEFTÇİ” YENƏ 2 CAVABSIZ QOLA ÜZÜLDÜ
Oyunun son yarım saatı qarşılıqlı hücumlar və tez-tez hakimin fitinin səslənməsi ilə seçilirdi. “Neftçi” hücumda heç nə edə bilmirdi. Elxan Abdullayevin komandası ən yaxşı halda “Kəpəz”in cərimə meydançasına qədər irəliləməyi bacarırdı. Əvəzində meydan sahiblərinin əks-hücumları daha kəsərli alınırdı. 70-ci dəqiqədə Vüqar Bəybalayev intriqanı öldürə bilərdi. Gəl ki, dayaq yarımmüdafiəçisi yaxın məsafədən topu düz qapıçının üstünə vurdu.
Matçın sonluğu da eyni ssenari ilə keçdi. “Neftçi” topla daha çox oynayır, “Kəpəz” isə sürətli əks hücumlara üstünlük verirdi. Lakin tərəflərin səyinə baxmayaraq, matçda hesab sona kimi dəyişmədi.
Beləcə, “Neftçi” ardıcıl ikinci oyunda da 0:2 hesabı ilə məğlub oldu. Bu, “ağ-qaralar”ın 13-cü oyunda aldığı 10-cu məğlubiyyətdir.
İBRAHİM, Gəncə
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























