Ölkə futbolu
Qurban Qurbanov: “Bütün Azərbaycan uğurlu nəticə əldə etməyimizi istəyir”
“Vacib oyuna gəlmişik. Belə oyunlarda düşünülə bilər ki, biz daha istəkliyik. Amma rəqib futbolçuların verdikləri müsahibələrdən hiss olunur ki, onlar daha istəklidirlər, ilk qələbələrini qazanmaq istəyirlər. Onların son matçlarda uğursuz nəticə əldə etmələrinə baxmayaraq, sistemləri elədi ki, heç bir rəqibə asan oyun göstərmək imkanı vermirlər. “Slovan” güclü komandadı. Onların gücünü Bakıdakı oyunda gürmüşük. Bunların hamısını nəzərə almışıq. Sabahkı oyunda az səhv etməyə çalışacağıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın qrup mərhələsinin V turunda “Slovan”a qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Q.Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Sabah bütün Azərbaycanın gözü “Qarabağ”da olacaq. Bu psixoloji təzyiq futbolçulara necə təsir edəcək?
- Sabah hamının bizimlə olacağını bilirik. Avrokubokdakı oyunlarımızla insanlar çox maraqlanırlar. Bütün Azərbaycan uğurlu nəticə əldə etməyimizi istəyir. Hər turnirə, hər oyuna düzgün hazırlaşmağa çalışırıq. Sabah mütləq qalib gəlib növbəti mərhələyə vəsiqəni təmin edəcəyimizi düşünsək, bu, bizim üçün yaxşı nəticələnməz. Futbol bir oyunla bitmir. Hər matçda düzgün iş görərək uğurlu nəticə əldə etməyə çalışırıq. Fikrimcə, prinsiplərimiz özünü doğruldur. Bütün komandanın diqqəti sabahkı matçdadı. Rəqibin necə təhlükəli olduğunu Bakıda görmüşük. İndidən qələbə qazanıb növbəti mərhələyə adlayaq düşüncəsi bizdə yoxdu.
- Sizin rəhbərliyiniz altında “Qarabağ” yaydan qış dönəminə qədər yüksələn qrafiklə çıxış edir. Demək olarmı ki, “Qarabağ” artıq pik nöqtəyə çatıb?
- Hazırlıq bir az fərqli olur. İlk günlərdən tələsmək istəmirik. Düşünsək ki, bu gün bizdə hər şey qaydasındadı, yalan olar. Mövsümün sonunda hansısa geriləmə ola bilər. Bunu futbolçular dərk etməlidi ki, bir daha təkrarlanmasın. Nə qədər desək ki, komanda yaxşı formadadı, amma yenə də çatışmazlıqlarımız var. Çünki Azərbaycan çempionatı ilə Avroliqa fərqli turnirdi. O cümlədən rəqiblər də fərqlidi.
- Liberetsə gələrkən yolboyu ilk matçın videoyazısına baxdınız, futbolçular dincəldilər. Bakıya qayıdanda siz nə edəcəksiniz, futbolçular nə?
- Biz gələcəyimizi düşünsək də, bu gün üçün yaşayırıq. Hazırda yalnız bu matçı düşünürük. Yolda nə edəcəm, bu o qədər də önəmli deyil.
- Çexiya komandalarına qarşı uğurlu nəticələr göstərə bilmirik. Bu sindromun səbəbini necə izah edərdiniz?
- Bu barədə düşünmürəm ki, kiməsə qalib gəlmək istəyirik, hansısa sindromu qırmaq istəyirik. Hər hansı heç-heç bizim üçün qələbəyə bərabərdir. Avroliqa elə turnirdi ki, hər xal bizim xeyrimizədi. Sabahkı rəqib “Fiorentina” və ya PAOK da ola bilərdi. Bizim üçün ölkənin fərqi yoxdu. Çalışırıq yaxşı hazırlaşıb, uğurlu nəticə əldə edək.
- Rəqibin baş məşqçisi son çempionat oyunundan sonra demişdi ki, ilk matçı unutmuşuq, bu dəfə tam fərqli olacaq. Siz rəqibdə hansısa dəyişiklik hiss etmisiniz?
- Son nəticələrində uğursuzluq var. Amma oyun üslublarını qoruyurlar. Get-gedə sürəti artırırlar. Onların sisteminə qarşı oynamaq bizim üçün çətindi. Və onlara qarşı səhv etmək ehtimalımız daha çoxdu. Çempionatlarında rəqibləri “Slovan”ı daha yaxşı tanıyır. Çünki müntəzəm üz-üzə gəlirlər. Amma mən deməzdim ki, onlarda nəsə dəyişib. Əksinə, Bakıdakından daha yaxşı “Slovan” izləyəcəyik. Bu turnirdə hamı sona qədər mübarizə aparır.
- Bədavi Hüseynov sabahkı görüşə hazırdımı?
- Onun oynamaq ehtimalı çoxdur. Amma hələ tam qərar verməmişəm.
- Azərbaycan komandalarının çexiyalılara qarşı son 4 oyununun hamısında bərabərlik qeydə alınıb. Bunun 3-ü “Qarabağ”ın aktivindədi...
- Bizim üçün vacibi sabahkı oyundu, maksimum nəticə əldə etməyə çalışırıq. Bu gün əvvəlki nəticələrimiz barədə futbolçularla danışmamışam, onlara hansısa fikir bildirməmişəm. Diqqətimiz sabahkı matçadı.
- “Fiorentina” - PAOK oyunu da bizim üçün önəmlidi. Sizcə, “Fiorentina” öz gücünü ortaya qoysa, PAOK-un şansı olarmı?
- “Fiorentina” haqda düşünməyə vaxtım da yoxdu. Başqasının nəticələrini düşünmürəm. Bizə lazım olan futbolçuların psixoloji, taktiki və fiziki cəhətdən hazır olmasıdı.
- Həm Rəşad Sadıqov, həm də Milan Baroş sabah meydana çıxmayacaq. Düşünmək olar ki, güclər bərabərləşib?
- Bütün azarkeşlər bu cür oyunçuların meydanda olmasını istəyər. Onlar həm kapitan, həm də liderdilər. Amma mən yenə yalnız öz futbolçularım haqda düşünürəm. Çox istərdim ki, Rəşad sabah meydanda olsun. Amma futbolda belə hallar olur. Buna da hazır olmalıyıq. Yenə də əlimizdəki futbolçularla hazırlaşmışıq ki, uğurlu nəticə qazanaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
09:30
"Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
20.09.2026
19.09.2026
18.09.2026
























