Ölkə futbolu
Roman Qriqorçuk: "Anderlext" bizim üçün ən güclü rəqib idi” (MÜSAHİBƏ)
"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qrioqrçukun müsahibəsi
- UEFA-nın gözlənilən qərarı verildi. Bir oyunluq cəza üzündən "Anderlext"lə "Bakcell Arena"dakı qarşıdakı Avroliqa matçında texniki "zona"da ola bilməyəcəksiniz. Bunu necə qəbul etdiniz?
- Biz UEFA-nın haqqımda çıxardığı qərarı yox, qarşıdakı matçda necə yaxşı oynaya bilmək haqda düşünməliyik. Ona görə də cəzanı tam sakit, işgüzar rejimdə qəbul edirik.
- Həmin məsul oyuna hazırlıq necə gedir?
- Artıq Bakıdayıq və Avroliqa matçına burada hazırlaşırıq. Hər şey normal gedir. Oyuna sakit şəkildə hazırlaşırıq.
- Köməkçilərinizin yüksək səviyyəli mütəxəssis olduğunu, onlara tam güvəndiyinizi saytımıza əvvəlki açıqlamanızda qeyd etmisiniz. "Zirə" ilə matçda qələbə sözlərinizi təsdiqlədi. Ancaq "Anderlext"lə oyun tam başqa səviyyəli qarşılaşma olacaq. Belə çətin sınaqda "texniki zona"da yeriniz görünəcək...
- Əla köməkçilərimin olduğunu bir daha təsdiqləyə bilərəm. Mən həmişə onlara çox minnətdaram ki, işə peçəkarcasına yanaşırlar və aramızda peşəkar münasibətlər var. Köməkçilərimə tam güvənirəm. Əminəm ki, onlar belə matçın öhdəsindən də gələcəklər. - "Anderlext" çempionatın son turunda 2:3 hesabı ilə uduzub. Rəqibin hazırkı səviyyəsini necə dəyərləndirərdiniz?
- Bu nəticə heç nəyi dəyişmir. Rəqiblə bağlı onu deyə bilərəm ki, çox yüksək səviyyəli komandadır. "Anderlext"in heyətində yüskək səviyəli futbolçular cəmləşib. Komanda oyun nizam-intizamı baxımından çox yaxşı təşkilatlanıb. Bir sözlə, yüksək səviyyəyə malikdir. Hesab edirəm ki, "Anderlext" bizim qrupda mübarizəni 1-ci yerdə bitirəcək. Başa düşürük ki, bizi çox güclü rəqiblə ağır sınaq gözləyir.
- Sözlərinizdən belə nəticəyə gəlmək olar ki, qrupumuzda ən güclü komanda məhz "Anderlext"dir...
- Artıq bütün rəqiblərlə oynadığımıza əsasən deyə bilərəm ki, "Anderlext" bizim üçün ən güclü rəqib idi. Mən belə deyirəm. Onu demirəm ki, qrupumuzda ən güclü komandadır. Fikrimi belə izah etsəm, daha düzgün olardı. - "Qəbələ" "Anderlext"ə qarşı səfərdə heç də pis təsir bağışlamadı. Hesabı tez bərabərləşdirdik, sonra fərdi səhvlər üzündən 2 qol buraxaraq 1:3 hesabı ilə uduzduq...
- Bu, ən yaxşı matçımız deyildi. Qrupda ən yaxşı oyunumuz heç şübhəsiz ki, "Sent-Etyen"lə ev qarşılaşması idi. Hətta belə deyərdim ki, ən güclü oynadığımız yeganə matç idi. Bu görüşdə qələbəyə çox yaxın idik. Etiraf etməliyəm ki, əvvəlki oyunlarda rəqiblərimiz bizdən daha yaxşı təsir bağışlayırdı. Biz başa düşürük ki, qrupumuzda istənilən rəqib bizdən qat-qat səviyyəlidir.
- Zədəli Sergey Zenyovun vəziyyəti necədir?
- O, bu matça hazırlaşmır.
- Heyətdə başqa zədəli futbolçunuz yoxdur?
- Qalanları hamısı sıradadır. Əvvəlki matçlarda az oynayanları "Anderlext"lə qarşılaşmada meydana buraxmaq fikrindəyik. Biz onlara belə güclü qarşı özlərini göstərmələrinə şans yaradacağıq.
- Prinsipləriniz belə olub ki, meydana çıxanlar ən güclülər olur. Fərqi yoxdur, bu yerli futbolçu, yoxsa legionerdir...
- Biz oyunda öz prinsiplərimizdən əl çəkməyəcəyik. Sadəcə, matça bir az fərqli yanaşacağıq. Onu anlayırıq ki, qrupdan çıxmaq şansımız artıq yoxdur. Bu üzdən turnirdə əvvəli oyunlarda xidmətindən az istifadə etdiyimiz futbolçulardan yararlanacağıq.
- Üstəlik, bu, qrupda son ev oyunu olacaq və "Qəbələ"nin nəhayət, ilk qələbəsini qazanmaq baxımından böyük motivasiya olacaq. Buna nail olmaq nə qədər çətin olsa belə...
- Biz hər oyunda qalib gəlmək istəyirik. Bu matçları ev-səfərə, yaxud rəqibə görə bölmürük. Hər qarşılaşmaya eyni motivasiya ilə çıxırıq. Digər tərəfdən, onu da bilirik ki, bütün rəqiblər bizim üçün çox güclüdür. Motivasiya baxımından başqa hər hansı söz ola bilməz. Elə yanız Avropa Liqasının qrupunda oynamaq inanılmaz motivasiyadır. Buna görə futbolçulardan kimsə motivasiyalı olmasaydı, buna təəccüblənərdim.
- Səmimi olaraq son 2 oyuna real baxsaq, nə qədər xala ümid edirsiniz?
- Mən bu haqda heç düşünmürəm. Biz ilk turdan başlayaraq hər oyuna, hər rəqibə eyni cür yanaşırıq. Meydana xal qazanmaq məqsədilə çıxırıq. Bu baxımdan son 2 matç heç nəyi dəyişməyəcək.
Mənbə: sportnet.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























