20 Mart 2026, Cümə
Millimiz 27 futbolçu dəvət aldı
U-21 millimizin heyəti açıqlandı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə

Ölkə futbolu

Rəşad Sadıqov: “Uşaqlar əjdaha kimi vuruşdular”

“Uşaqlar əjdaha kimi vuruşdular. Heç mənim meydanda olmamağımı hiss etdirmədilər. Sevinirəm ki, Çexiya səfərindən xalla dönməyi bacardıq”.

Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan millimiz 0:0 hesablı bərabərliyə razılaşıb.

Zədə səbəbindən matçda iştirak edə bilməyən kapitan oyun başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Meydana çıxmaq istəmirdin?

- Partlayırdım e! Ürəyim partlayırdı. Lakin həkim dedi ki, zədə şiddətlənə bilər.

- Buna baxmayaraq, 2-ci hissədə isinmə hərəkətləri edirdin...

- Bu, yalnız fövqəladə halda baş tutacaqdı. Ancaq şükürlər olsun ki, uşaqlar mənsiz də qoyulan vəzifəni əla yerinə yetirdilər.

- Zədən nə dərəcə şiddətlidi? Avropa Liqası matçına çıxa biləcəksən?

- İndi bu suala cavab verə bilmərəm. Məni yox, qəhrəmanları danışdırın, qəhrəmanları.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31