Ölkə futbolu
Hafiz Məmmədov: “Bakı”sız çempionat olar?” (MÜSAHİBƏ)
Tanınmış iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Mәmmәdovun müsahibəsi:
- Hafiz müəllim, özünüzü necə hiss edirsiniz?
- Özümü əla! İşlərim yaxşı getmir, ona görə deyirsiniz?
- İşləriniz nə yerdədir?
- İşlərim olduğu kimidir. Olanları tarazlamaq üçün zaman lazımdır. Bunlar biznesdə buraxılan səhvlər deyil. Bu, şər qüvvələrdir. İşləri qaydasına qoymaq üçün səbrli olmaq lazımdır. Çətin günlərimizdə dövlət strukturları bizə köməklik etdi. Bəzi strukturlar daha çox, bəziləri isə daha az kömək elədi. Türklər bir-birinə deyirdi ki, “Abi, bizim orda lokantadan başqa nəyimiz var?” Amma azərbaycanlıların stadionu var. 70 milyon pul xərcləmişdik və Avropa Çempionatının 5 oyunu həmin stadionda baş tutdu. O stadion Azərbaycanın idi, ancaq may ayının 5-nə qədər. Sonra stadionu itirdik. İtirsək də, “Lans” azarkeşləri Azərbaycana qarşı pozitivdirlər. Çünki Azərbaycan “Lans”ı müflis olmaqdan xilas edib. Azərbaycan tərəfi olan təşkilatlar müflis olsa belə, “Lans” hələ də bizimkidir.
- Dediniz ki, şər qüvvələr var. O şər qüvvələr artıq təmizlənib?
- Bəli.
- Ad çəkə bilərsiniz?
- Yox. Hələ ad çəkə bilmərəm.
- “Bakı” ilə bağlı nə deyə bilərsiz?
- “Bakı” da proqramın içindədir. Mən qırıq-qırıq işi xoşlamıram. Bu yaxınlarda işə başlayacağıq. Yarımçıq başlasaq, federasiya, FİFA adama nə deyər? Bizə şər atırlar. İstənilən məbləğ 80 faiz şişirdilib. Elələri var ki, onlara pul düşmür. Düşənlərə də işçilərim səhv edib, ödəməyə də hazıram. Amma işçilərə tapşırıq vermişəm ki, bu işləri həll edin və federasiyaya müraciət edib, klubu bərpa edək. Ən birinci gedənlərdən biri Adnan Bərəkət olub. A kişi, klubdan pul istəyir. Halbuki ona bir qəpik də pul düşmür. Azərbaycan demokratik ölkədir. Əlində sənədin varsa, doğru olduğunu sübut edəcəksən.
- Təxminən bu, nə qədər vaxt aparar?
- Çox qısa zamanda.
- “Bakı”nın həvəskarlar liqasında oynaması sizə necə təsir edir?
- Bu da bir mövzudur. Hələ ki, bu barədə danışmayaq. Mən təhlili sevən adamam və bununla yaşayıram. Sənətim də iqtisadçıdır. Bu təhlillər göstərdi ki, bizim klubun qalması, hansısa klubların yaranmasından daha məqsədəuyğun olardı. “Bakı” yaranıb və uzun müddət yaşayacaq. Mən dostların yerinə olsaydım, “Bakı”ya dəstək verib, komandanı saxlayardım. Təşkilatların iş birliyi varsa, bu barədə söhbət oluna bilərdi. “Bakı”sız çempionat olar?
- Deyirlər ki, uman yerdən küsərlər. Kimdən küsmüsüz?
- Özümdən və öz ətrafımdan küsmüşəm. Biz həddindən artıq böyük işlər görürük. Bizim missiyamız Azərbaycanı tanıtdırmaq idi. Amma mən “Lans”ı cəmi 5 milyona görə itirmişəm. Bir nəfər azərbaycanlı iş adamının adını çəkmək istərdim ki, ona ayıb olsun. Bizə olan borcunu ödəsəydi, “Lans” indi Azərbaycanın idi.
- Söhbət Mübariz Mənsimovdan gedir?
- Ad çəkmək istəməzdim. Şəhərdə avtobus marşrut sahibləri var ki, hərəsinin 4,5 milyon borcu var. İki gündü ayılmışıq ki, bunlar niyə 1 ildi bizə pul vermirlər? 4 dənə böyük daşıyıcıdı.
- Onlar Nəqliyyat Nazirliyinin tabeliyindədi?
- Xeyr. Özəl sektorlardı və biz bunlara daş verməmişik. Avtobus satmışıqsa, bu avtobuslar hər gün evlərinə pul aparıblar. Bizim də pulumuzu verməyən ermənidi. Çünki, bizi erməni ilə üz-üzə qoyublar. Düzdü, dövlət bizi müdafiə elədi. Amma bəziləri gərək məni belə qoymazdılar. 5 milyona görə bayraq düşsün?
- Bilirik ki, sizə kifayət qədər borcu olan var. Ad çəkməsəz də, sizə ümumi nə qədər borcları var?
- İcazə ver, iki günün içində bütün rəqəmləri açıqlayım.
- Təqribi nə qədərdi?
- Həddindən artıq çoxdu. Belə deyim də, bu gün “Lans”ın guya, alıcısının illik gəlirindən 100 dəfə çoxdu. Və bunu mən rəqəmlə sizə açıqlayacağam. Bu gün “Lans”ı alanın illik gəliri 5 milyondu.
- Bəs Azərbaycan daxilində sizə borcu olan kimlərdi?
- O da külli miqdardadı. Deyim də sizə. Üçü elə futbola aiddi. Biri “İnter” in keçmiş rəhbərliyidi.
- Cahangir Hacıyev...
- Görürsünüz ki, bu barədə danışmamışam. Bu, futbola aid deyil, başqa borcdu. Borcun məbləği 300 milyon dollardı. Digərinin isə 234 milyon borcu var. Bu haqda məhkəməyə sənədlər hazırlamışıq. Bu sənədlər açıqlanandan sonra görəcəklər ki, “Baghlan Group” kimdi, “Bakı” kimdi.
- 234 milyon borcu olan da klub prezidentidi?
- Dolayı yolla aidiyatı olan adamdı.
- Səhv etmirəmsə, “Atletiko”nun da sizə borcu var... - Arda Turanın transferinə görə müəyyən məbləğ ödəməlidirlər...
- Yox, bu klubun borcu deyil. Ora mənim şirkətim deyil. “Atletiko”da 1-2 nəfərin səhvi var. Dərd ondadı ki, orda 8 rəqəmə qədər məbləğ var. Amma o, borc deyil. Biznesə yatırılmış puldu. Futbol klubuna pul verib, istəyə bilməzsən. O pulu götürüb başqa kluba da verə bilməzsən. Artıq pulun varsa, xərcləmələsin.
- “Barselona”ya transfer olunduqdan sonra Arda sizinlə əlaqə saxlayır?
- Arda hər zaman mənimlə danışır. Biz dostuq. O, hansısa kluba keçəndə hesabat verməməlidir. Mənim konkret olaraq Ardanın transferinə görə “Atletiko”da pulum yoxdu. Heç onun transferindən də pul qazanmıram.
- İcraiyyə Komitəsindən çıxmağınız da birmənalı qarşılanmadı...
- Klubum artıq əsas liqada yox idi. Yaşar Seyidova demişəm ki, borclarımızı bağladıqdan sonra AFFA-ya müraciət edək. AFFA-nı incitməyin adı yoxdu. Futbolçularla özümüz danışa bilmirik ki? Ayda 3-5 milyon xərcləyən klub funksionerləri var idi. Onlar indi haradadı? Hərəsi bir futbolçu gətirmişdi, gedib danışsınlar da.
- Amma görürük ki, Yaşar Seyidovdan başqa klubda heç kim yoxdu...
- Əslində, hamısı var. Oktyabrın 1-dən onları bir araya gətirəcəyəm.
- “Bakı”nın ümumi borcu nə qədərdi?
- 4 milyon. Amma bu, şişirdilmiş rəqəmdi. Əsl borc isə 500 mindi. Sadəcə, onların iddiaları təmin olunub. Yekun qərar isə qəbul edilməyib.
- Büdrəmənizdən sonra xəbərlər dolaşdı ki, bazanı əlinizdən almaq istəyirlər. Bu, doğrudan da belə idi?
- Yox. Heç kim şəxsi mülkümü məndən ala bilməz. Ora 30 milyon dollar vəsait xərclənilib. Şirkətlərdən biri məhkəmədə iddia qaldırıb ki, o bizim mülkümüzdü. Bunun üçün etiraz verilib, məhkəmə də hər şeyi araşdırır. “Baghlan Group” 30 milyon xərcləyib.
- Yenidən Azərbaycan futbolunda Hafiz Məmmədov fırtınası qopsa, kimləri külək aparacaq?
- Futbol bir xəstəlikdi. Elə bilirsiz ki, mən sağalmışam? Bundan sonra hər şeyi daha ağıllı edəcəyik. Əlimizə şans düşmüşdü. Mənə 1-2 nəfər dedi ki, sənin ağlın yoxdu. Sənin yerinə olsaydıq, pulu aparıb evə qoyardıq. Sənin qanında olmalıdı ki, pulu xərcləyəsən.
- Bir ara Mübariz Mənsimovla probleminiz var idi...
- Problemlər adətən şirkətlərə aid olur. 3 klubun adını çəkdim. İkisinin birbaşa aidiyyatı var idi. Birinin isə dolayı yolla... “Xəzər Lənkəran” və “İnter” ikisi birlikdə 310 milyon dollar verməlidi.
- 3-cü də “Qarabağ”dı?
- Belə də. Dedim axı ad çəkməyəcəyəm. “Qarabağ” canımızdı, ürəyimizdi.
- “Palmali” ilə problemləriniz var idi (sözümü kəsir) ...
- Biz kimlərəsə etibar etmişdik. İki il pulun adını çəkmədik, dedik ki, qoy işini görsün. 2009-cu ildən bu yana düşünmürlər ki, Hafiz Məmmədovun problemləri var?
- O vaxt demişdiz ki, Mübariz Mənsimova təyyarə satmışam...
- O, belə demişdi ki, iş adamıdı. Həmin təyyarəyə görə olan borcun bir hissəni, 4 milyon ödəyiblər. Mesaj da var ki, sizinlə gələn həftə qurtarırıq.
- Bütün bunlar Hafiz Məmmədovun səmimiyyətindən irəli gəlir?
- Yox. Bəzi adamlar vaxtında yaxşı yerdə peydə oldular və istifadə edə bildilər. “Bahar” üçün “Baghlan Group” 515 milyon dollar xərcləyib. Onu cəmi 6 milyon dollara satdılar. Bu, necə olur eee? 515 milyon dollar investisiya yatırmışıq. Məqsəd olub ki, “Bakı” batsın və oranı götürək. Onlara kömək edənlər də peşman olacaq. Hər kəs buna görə cavab verəcək.
- Hafiz Məmmədov çox dostlarını itirdi?
- Yox. Özüm biraz kənara çəkildim. Gedənlər də oldu, qalanlar da. İndi dostlarım deyir ki, bax, qalanlar sənin özünküləridir.
Mənbə: qafqazinfo.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
-
15:02
Cavid Hüseynov rəsmən “Araz-Naxçıvan”da
-
14:49
Alman müdafiəçi daha bir il “Real”da
-
13:58
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
-
13:31
Əvəzedicilər Liqasının bombardiri mükafatlandırıldı
-
13:13
“Zirə” kapitanı ilə yeni müqavilə imzaladı
-
13:00
Elnur Cəfərovla yola davam
-
12:25
İran - Yeni Zelandiya matçında 4 qol VİDEO
-
11:46
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
-
11:14
Klublarımızın avrokuboklardakı mümkün rəqiblərinin sayı azaldı
-
11:07
Ozan Can Kökçü Türkiyə klubunda
-
10:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:39
“Neftçi”nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
-
10:21
Konfrans Liqasında püşk günü
-
10:13
“Qarabağ”ın Avroliqada rəqibi hansı klub olacaq?
-
10:00
ÇL: Azərbaycan çempionunun rəqibi müəyyənləşir
-
09:45
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:28
İspaniya millisindən gözlənilməz xal itkisi VİDEO
-
23:47
CAS-dan yekun qərar: “Turan Tovuz” avrokuboka buraxılmadı
-
21:54
"Şəfa"da daha üç ayrılıq
-
19:30
İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb
-
18:12
"Feyenoord"da yeni baş məşqçi
-
17:45
U-19 millimizin rəqibləri müəyyənləşib
-
17:23
Millimizin üzvü Türkiyə klubunun hədəfində
-
17:06
DÇ-2026-da ilk istefa
-
16:38
Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
-
15:54
Boksçularımız Serbiyada 13 medal əldə ediblər
-
15:19
"Kəpəz"i “Şəfa”ya dəyişdi
-
14:27
Məmmədov rəsmən Kipr klubunda
-
14:00
"Odlar yurdu" şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
-
13:41
“Real” Kukurella heyətinə qatdı
-
12:52
Azərbaycan kanoeçisi Portuqaliyada ikinci qızıl medalını qazanıb
-
12:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:13
Füzuli Məmmədov: “Hədəf Premyer Liqadır” VİDEO
-
11:46
Voleybol millimiz İspaniyaya məğlub olub
-
11:28
Kot-d`İvuar - Ekvador matçında tək qol VİDEO
-
11:09
“Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
-
10:31
İsveç DÇ-2026-ya darmadağınla başladı VİDEO
-
10:17
"Turan Tovuz" məşqlərə başladı
-
10:00
Məhəmməd Muradlı Özbəkistanda birinci oldu
-
21:16
"Şamaxı" yeni transferini açıqladı
-
20:31
Baksetbol millimiz Avropa kubokunun finalında
-
16:43
Azərbaycanın 8 şahmatçısı dünya çempionatına yollandı
-
10:28
Braziliya - Mərakeş matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
Türkiyə Avstraliyaya məğlub oldu
-
23:42
Basketbol millilərimiz yarımfinalda
-
22:13
"Şamaxı"nın məşqçilər korpusu müəyyənləşdi
-
21:28
Azərbaycan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazanıblar
-
20:54
Ölkə çempionatına yekun vurulub, Nazim Babayev karyerasını bitirib
-
20:31
Azərbaycan millisi dünya çempionu oldu
-
20:00
Yuri Vernidub: “Fikrimcə, hazırda ən güclü heyət...”
16.06.2026
15.06.2026
14.06.2026
13.06.2026























