Ölkə futbolu
“Avropanın mərkəzində son sözü demək çox böyük məsuliyyətdir”
FİFA referisi Əliyar Ağayev PFL-in rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Sentyabrın 29-da 70 min tamaşaçı tutumuna malik Roma Olimpiya stadionunda keçiriləcək “Roma” – “Astra” görüşündə son sözü siz deyəcəksiniz. Sadəcə, buna görə sizi təbrik etməyə dəyər...
- Təşəkkür edirəm, çox sağ olun...
- Cari futbol ilində neçənci təyinatınızı aldınız?
- Müxtəlif beynəlxalq yarışlarda 7 oyun idarə etmişəm. Avropa Liqasının seçmə mərhələsinin iki oyununda ədaləti qorumuşam. Eyni zamanda 21 yaşlıların 1 görüşündə eləcə də Rusiya və Qana komandalarının yoxlama görüşündə söz sahibi olmuşam. Bundan əlavə final görüşünə təyinat aldığım 19 yaşlı futbolçuların Avropa çempionatının 3 oyunu mənə tapşırılıb.
- Bu trayektoriyadan sonra sizə Avropa Liqasının qrup mərhələsinin oyununun veriləcəyini gözləyirdik. Amma böyük beşlikdən olan “Roma”nın iştirakı ilə keçiriləcək matça dəvət olunacağını düşünmürdük...
- Açığı, 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində “Rapid” - “Dinamo Minsk” oyunununda hakimlik etmişəm. Etiraf edim ki, qrupun sonuncu oyunu idi, həmin vaxt hər şey həll olunmuşdu, görüşün nəticə baxımından əhəmiyyəti yox idi. Əsas istəyim ondan ibarət idi ki, yenidən Avropa Liqasının qrup mərhələsinə təyinat alım. Bu dəfə 2-ci turun vacib görüşü bizi gözləyir. Hər bir oyuna maksimum motivasiya ilə çıxırıq ki, səhvlərə yol verməyək. Amma sizinlə razıyam ki, böyük beşlik ölkələrindən olan komandaların görüşünə təyinat almaq əlavə ağırlıqdır. Avropanın mərkəzində bu qədər azarkeş qarşısında son sözü demək çox böyük məsuliyyətdir. İndiyə qədər klub səviyyəsində böyük beşlikdən olan hər hansı bir komandanın oyununu idarə etməmişəm.
- Söhbətlərimiz zamanı dəfələrlə qeyd etmisiniz ki, tanınmış komandaların görüşünü idarə etmək daha asandır. Necə düşünürsünüz, bu tip oyunlarda əsasən nəyə diqqət eləmək lazımdır?
- Düşünürəm ki, bu tip görüşlərə fiziki cəhətdən tam hazır olmaq lazımdır. Əgər fiziki cəhətdən hazır olursansa, digər maneələri keçmək asan gəlir. Eyni zamanda, psixoloji cəhətdən tam rahat olmalısan. Bu və ya digər komandanın adının üzərində əlavə gərginlik yaratmamalı, oyuna adi qaydada yanaşmalısan.
- Səhər saatlarından bu yana nə kimi araşdırmalar aparmısınız?
- Bilirəm ki, “Roma” ilk oyunda Çexiya “Viktoriya”sı ilə heç-heçə edib, “Astra” isə “Austrya” (Vyana) klubuna uduzub. Hakimlər briqadasına kömək edən stadion nümayəndəsi ilə də danışmışam. Həmin şəxs mənə bildirdi ki, stadionun ot örtüyü yenidir. Komandaların heyətlərinə baxmışıq, turnir cədvəlindəki mövqeyi ilə tanışıq. Ümumi rəy formalaşıb, amma komanda şəkilində bir daha araşdırma aparacağıq.
- Qeyd etdiyiniz kimi, Avropanın mərkəzində oyun idarə edəcəksiniz. Uğurlu idarəçilik bizim üçün 1/8, 1/4 final mərhələsinin görüşləri üçün açar ola bilərmi?
- Vacib turnirlərin daha üst səviyyəli oyunlarını idarə etmək kateqoriyadan asılıdır. Məqsədimiz odur ki, briqada şəkilində veriləcək hər bir təyinatın öhdəsindən layiqincə gələk. Dekabr ayına qədər veriləcək oyunlardan üzüağ çıxmaq ən ali məqsədimizdir. Düşünürəm ki, səlahiyyət sahibi olan komitə tərəfindən “Roma” kimi komandanın oyununa xüsusi nəzarət olacaq. Dekabra qədər yaxşı qiymətlər alıb, 1-ci kateqoriyaya yüksəlmək istəyirik. Məhz bundan sonra yarışların söylədiyiniz mərhələsinə təyinat almaq real olacaq. Hazırkı vəziyyətdə real görünmür. İndiyə qədər belə bir hal olmayıb.
- Avropa Liqasının “Roma” - “Astra” görüşündən 3 gün sonra Azərbaycanın “Avropa derbisi” var. Avropa Liqasında çıxış edən “Qəbələ” - “Qarabağ” görüşündən öncə diqqətlər Əliyar Ağayevin üzərindədir. Təyinat alacağınız təqdirdə, ardıcıl iki Avropa Liqa “oyunu” sizin üçün çətin olmaz?
- Hər iki komandamıza Avropa Liqasının qrup mərhələsində uğurlar arzu edirəm. Təyinat məsələsinə gəldikdə, bu, sırf Hakimlər Komitəsinin səlahiyyətindədir. Romadan qayıtdıqdan sonra komitə sədri Xaqani Məmmədovla söhbətimiz olacaq. Oyun, ümumi atmosfer, fiziki durumum barədə müzakirələr aparacağıq. Bundan sonra “Qəbələ” - “Qarabağ” oyununu idarə etməyim məsləhət olarsa, işimi həyata keçirəcəyəm. Amma düzgün qeyd edirsiniz ki, təyinat alacağım təqdirdə, bir həftə ərzində iki Avroliqa görüşünü idarə etməli olacağam.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























