Ölkə futbolu
Qırılan sindrom, davam edən seriya, azalan azarkeş sayı..
Peşəkar Futbol Liqası və Topazın birgə təşkilatçılığı ilə jurnalistlərin cari mövsümdə ardıcıl ikinci səfəri də Gəncəyə reallaşdı. Bu dəfə “Kəpəz” son illərin dəyişməz çempionu “Qarabağ”ı qəbul edirdi...
JURNALİSTLƏRİN AYAĞI “KƏPƏZ”Ə DÜŞMÜR
Jurnalistlərin Gəncəyə gedəcəyi məlum olanda “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev zarafatca sosial şəbəkədə “yenə də qələbə qazana bilməyəcəyik” yazmışdı. Azad bəyin bu sözü nə qədər zarafat olsa da, həqiqətdir. Mən xatırladığım qədəri ilə buna qədər media əhlinin kütləvi şəkildə Gəncəyə baş tutan səfərlərinin heç birində “Kəpəz” qalib gələ bilməyib. Ötən il “Kəpəz” - “Xəzər Lənkəran”, “Kəpəz” - “Neftçi” (hər ikisi 1:1), bu mövsüm isə “Kəpəz” - AZAL (0:0) matçlarını xatırlayıram. Elə bu dəfə də ənənə qırılmadı. Reynaldonun sona 15 dəqiqə qalmış vurduğu qol “Kəpəz”i qələbədən məhrum etdi.
DİNİYEVLİ “KƏPƏZ”İN TARİXİNDƏ İLK
Ötən mövsüm inamlı təsir bağışlayan “Kəpəz” bir çox rəqibləri üçün başağrı olmağı bacarırdı. Bu baxımdan yalnız “Qarabağ” istisna olmuşdu. Şahin Diniyevin klubu hər 4 oyunda Ağdam təmsilçisinə uduzmuşdu. Gəncədə keçirilən oyunlarda “Qarabağ” 3:2 və 2:1 hesablı qələbəyə sevinmişdi. Nəhayət bu dəfə Şahin Diniyevin rəhbərlik etdiyi komanda “Qarabağ”dan xal almağı bacardı.
GƏNCƏ BAKIDAN QİSAS ALIR?
Jurnalistləri Bakıdan Gəncəyə aparan avtobus Nizami Yurduna çatarkən xoş olmayan sürprizlə qarşılaşdıq. Belə ki, avtobusun qarşısını kəsən PPX əməkdaşı “şəhərə giriş qadağandır” dedi. Sanki biz hansısa başqa ölkənin ərazisindəydik. Bir anlıq özümü Azərbaycanın xanlıqlara parçalandığı dövrdə hiss etdim. Bakıdan gələn avtobus hansı əsasla Gəncəyə daxil ola bilməz ki??? Müəyyən zaman kəsiyi geridə qaldıqdan sonra probem yoluna qoyuldu və Nizami Yurduna daxil ola bildik. Sosial şəbəkədə gəncəli azarkeşlərdən biri bununla bağlı maraqlı şərh yazıb: “Siz yükmaşınlarını Bakıya buraxmırsız. Biz də yükmaşınları və tranzit nömrəli avtobusları Gəncəyə buraxmırıq”...Yəni əvəz-əvəz...
BAŞÇI DEDİSƏ...
“Kəpəz” - “Qarabağ” oyununu izləyənlər arasında Gəncənin icra başçısı Elmar Vəliyev də var idi. Futbola sevgisi ilə seçilən icra başçısı fəal şəkildə sevimli komandasını qələbəyə səsləyirdi. Elmar Vəliyevin “Burası Gəncədi, burdan çıxış yox” şüarını dərhal bütün stadion səsləndirdi. Necə deyərlər, rəhbər dedisə, qanundu...
MÜŞAHİDƏ ŞURASININ ÜZVÜ FUTBOLDAN DANIŞMAQ İSTƏMƏDİ
“Kəpəz”in oyununu canlı olaraq izləyənlər arasında klubun Müşahidə Şurasının üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov da var idi. O, qarşılaşmaya Mikayıl Nərimanoğlu ilə birgə tamaşa edirdi. 1 ilə yaxındır “Kəpəz”in Müşahidə Şurasında yer almasına baxmayaraq, İbrahim bəyin hansısa mətbuat orqanına futboldan danışdığını görməmişəm. Bu boşluğu aradan qaldırmaq, ilkə imza atmaq üçün matçdan sonra İbrahim bəyə yaxınlaşdıM. Amma Müşahidə Şurasını üzvü gözlənilmədən futboldan danışmaq istəmədiyini bildirdi. Aqrar sahədə biliyim zəif olduğundan mən də İbrahim bəyin əsas sahəsindən danışmağa ehtiyac görmədim...
GƏNCƏLİ AZARKEŞLƏRƏ GÖZ DƏYİB?
Ötən mövsüm bütün Azərbaycan gəncəli azarkeşlərin futbola, sevimli komandalarına olan sevgisindən danışırdı. “Kəpəz”in ev oyununa topladığı azarkeş sayı digər 9 klubun ev matçına gələn azarkeşlərin sayının cəmindən daha çox idi. Lakin bu mövsüm gəncəli azarkeşlərin sayında da azalma hiss olunur. Bu, “Qarabağ”la oyunda da özünü növbəti dəfə biruzə verdi. Belə ki, ötən mövsüm “Kəpəz”in “Qarabağ”ı qəbul etdiyi hər iki görüşə 20 mindən çox fanat gəlmişdi. Bu dəfə isə “Kəpəz” - “Qarabağ” oyununu cəmi 14 min futbolsevər izlədi. Düzdür, Premyer Liqanın digər matçları üçün bu rəqəm fantastk hesab olunur. Amma söhbət “Kəpəz”in eV oyunundan, xüsusən də “Qarabağ”la görüşdən gedirsə, 14 minlə kifayətlənmək olmaz...
SON SÖZ ƏVƏZİ
Beləcə, jurnalistlərin Gəncəyə növbəti səfəri tarixə qovuşdu. Oyun barədə geniş danışmağa ehtiyac görmədik. Onsuz da hər kəs meydançanın yararsız vəziyətindən, “Qarabağ”ın 3 xala layiq olduğu oyunda 1 xalı çətinliklə qazanmasından xəbərdardır...
İlk növbədə növbəti dəfə jurnalistlərin səfərini təşkil edən Peşəkar Futbol Liqasına və Topaza təşəkkür edirik. Ümid edək ki, tezliklə Gəncə stadionunda media sektorda olan problemlər də həllini tapacaq və biz də oyuna rahat baxa, normal şəkildə işləyə biləcəyik.
Fərəc ASLANOV
Bakı-Gəncə-Bakı
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























