26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Asif Məmmədov: “Uduzan komanda həmişə hakimdən narazı olur”

“Qəbələ”nin yarımmüdafiəçi Asif Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- “Sumqayıt” üzərində 2:0 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsən?

- Gördüyünüz kimi, oyun bizim üstünlüyümüz şəraitində keçdi. Amma qol gec gəldi. Yaxşı oynadıq. Xüsusən də ikinci hissədə. Layiqli qələbə qazandığımızı düşünürəm.

- İlk hissədəki uğursuz oyunu isti hava ilə əlaqələndirmək olar?

- Hava həqiqətən də isti idi. Bu da oyunumuza təsir göstərdi. Amma sonradan daha yaxşı oynadıq. Razıyam, ilk hissədəki inamsız oyunu isti ilə əlaqələndirmək olar.

- Ardıcıl oyunlardan sonra “Qəbələ”də yorğunluq yaranıb?

- Bu gün baş məşqçimiz bəzi aparıcı oyunçulara istirahət vermişdi. Start heyətində yeni adlar var idi. Ona görə də oyunumuzu yorğunluqla əlaqələndirmək olmaz.

- Fasilədə Roman Qriqorçuk sizə hansı tapşırıqları verdi?

- Həmişə kimi, öz tapşırıqlarını verdi. Bildirdi ki, daha çox hücum etmək lazımdır. Biz də onun tapşırıqlarını yerinə yetirməyə çalışdıq.

- Rəqib komanda hakimlərdən narazılıq etdi. Onların bu fikri nə dərəcədə həqiqətdir?

- Hakimlə bağlı nə deyim? Narazılıq ola bilər. Uduzan komanda həmişə hakimdən narazı olur. Bu barədə heç nə demək istəməzdim.

- “Qəbələ” artıq çempionatda vahid liderdir...

- Bəli, liderik. Lakin arxayınlaşmaq olmaz. Əsas oyunlarımız qabaqdadır. Nəsə demək üçün çox tezdir. Belə davam etmək lazımdır. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31