11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

Avroliqa: "Qəbələ"nin ilk oyununun yeri dəyişdirildi

Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" və Sloveniyanın "Maribor" komandaları arasında keçiriləcək ilk oyunun yeri dəyişdirilib. Bu barədə klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, püşkatmada ilk matçın Sloveniyada keçirilməsi nəzərdə tutulsa da, daha sonra oyun Bakıya salınıb. Buna səbəb Azərbaycanın Avroliqadakı digər təmsilçisi "Qarabağ"ın da həmin gün səfərdə oynamasıdır. UEFA müvafiq qərarını günün sonuna qədər açıqlayacaq.

“Qəbələ" və "Qarabağ" ev oyunlarını Bakıda keçirir. UEFA-nın reqlamentinə əsasən isə eyni şəhərdə bir gündə iki oyun keçirilə bilməz.

Qeyd edək ki, ilk görüşlər avqustun 18-də, cavab oyunları isə bir həftə sonra olacaq (sportnet.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31