3 Fevral 2026, Çərşənbə axşamı
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq

Ölkə futbolu

"Qarabağ" - "Viktoriya Plzen": Mətbuat konfranslarının vaxtı məlumdur

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Viktoriya Plzen" (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Futbolxeber.az saytının məlumatına görə, avqustun 1-də "Azərsun Arena"nın mətbuat zalında Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. “Qarabağ”ın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Viktoriya Plzen"in baş məşqçisi isə avqustun 1-i saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Çexiya təmsilçisinin son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.


qarabagh.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28