5 May 2026, Çərşənbə axşamı
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”

Ölkə futbolu

Qriqorçuk: “Bu heç-heçə bizim üçün tarixi nəticədi”

“Lilldəki bu heç-heçəni Cavid Hüseynova həsr edirik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının III təsnifat mərhələsinin “Lill” - “Qəbələ” oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis qarşılaşma haqda fikirlərini açıqlayıb: “Bu heç-heçə bizim üçün tarixi nəticədi. Həmin uğuru da kapitanımıza həsr edirik. O, indi bizimlə deyil. Biz özümüzə inanır və asılı olan hər şeyi edəcəyik. Başa düşürük ki, bir həftəyə oyun planında artıra bilərik. Əlbəttə ki, yaxşı oynayıb “Borussiya” və “Krasnodar”a uduzduğumuz vaxtla müqayisədə daha çox təcrübəmiz var. Amma “Lill” yüksək səviyyəli futbolçulardan təşkil olunub. Onların da yüksək sürəti var. Belə tempə qarşı ya eyni futbol oynamalısan, ya da taktika işlətməlisən. Çünki rəqib çox güclü “silah”a malikdi”.

Mənbə: apasport.az








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31