12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Qəbələ”dən böyükhesablı qələbə

Yeni mövsümə hazırlaşan “Qəbələ”nin əvəzedici komandası növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan “qırmızı-qaralar” “Şuşa-Qarabağ”la qarşılaşıb. Matçın gedişində məğlub duruma düşən Hüseynqulu Quliyevin yetirmələri 4 qol vuraraq 4:1 hesablı əzmkar qələbə qazanıblar. Böyük hesabla qalib gələn “Qəbələ”nin heyətində Ravil Yusifli 2, Ramil Hasanovla Rövlan Muradov hərəyə 1 qol vurublar. Bu, əvəzedicilərin Bakı toplanışında 2-ci qələbəsi olub. Belə ki, iyulun 22-dən paytaxtda hazırlıq keçən “Qəbələ” ayın 24-də I divizion klubu “Qaradağ-Lökbatan”la görüşüb. Həmin matçda 2:1 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Ülvi İsgəndərov və Bəhlul Mustafazadə fərqləniblər.

Xatırladaq ki, ötən mövsümün çempionu olan ”Qəbələ”nin əvəzediciləri yeni mövsümün hazırlıqlarını iyulun 29-da keçiriləcək yoxlama matçı ilə tamamlayacaq. Quliyevin yetirmələri həmin gün Qəbələdə I divizion klubu “Ağsu”nu sınağa çəkəcək. Bu matçdan sonra iki günlük fasiləyə buraxılacaq komanda ardından yeni mövsümün I turunun “Kəpəz”lə görüşünə hazırlaşacaq.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30