1 Aprel 2026, Çərşənbə
Riad Rəfiyev Harvardın məzunu oldu
“Dinamo” 6 qollu qələbə qazandı
“Bir qələbə ilə rahatlaşmaq olmaz”
Yığmamız 6 qolla qələbə qazandı

Ölkə futbolu

“Elxan Məmmmədovun bu klubla əlaqəsi olsaydı, ən azı mənim xəbərim olardı”

“Hər adam uşaq futboluna pul xərcləmir. Bunun üçün futbolu sevmək lazımdır. Bizim arzumuz odur ki, 5-7 il sonra “Səbail”i zirvədə görək”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri yeni yaradılan “Səbail” klubunun Müşahidə Şurasının sədri Yusif Həsənov deyib.

O qeyd edib ki, “Səbail” hər il görülən işlərlə bağlı hesabat verəcək: “Klubumuz tam şəffaf şəkildə fəaliyyət göstərəcək. Hər mövsümün axırında görüşlən işlərlə bağlı ictimaiyyətə hesabat veriləcək”.

Yusif Həsənov mətbuatda klubun adının AFFA-nın baş katibi Elxan Məmmədovla yanaşı çəkilməsinə də münasibət bildirib: “Elxan Məmmədovun “Səbail”ə heç bir aidiyyatı yoxdur. Belə bir şey olsaydı, bundan ən azı mənim xəbərim olardı. Düzdür, AFFA bizə dəstək verir. Amma bu o demək deyil ki, klub Elxan Məmmədovun nəzarətindədir”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30