28 Iyun 2025, Şənbə
“Kəpəz” Yeqor Xvalko ilə vidalaşdı
Luis Ortis rəsmən “Neftçi”də
Balayev daha bir il “Neftçi”də
“Neftçi” hazırlığa start verdi

Ölkə futbolu

"Qəbələ"nin mövsümdə 5-ci çempionluğu

“Qəbələ” Futbol Akademiyası 2012-2013 mövsümünü major notlarla yekunlaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar”ın U-19, U-17, U-16 və U-11 komandalarının ardından U-15 kollektivi də çempionluq tituluna yiyələnib. U-15 Liqasının son - həlledici turunda “Qəbələ” doğma meydançada “Bakı” ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən matç qonaqların darmadağını ilə yekunlaşıb - 5:0. “Qəbələ”yə 3 xal qazandıran qollara Nurlan Quliyev, Fərid Əsədli, Fərid Nəbiyev, Azər İsmayılov və Əhməd Mirzəyev imza atıb. Bu qələbədən sonra xallarının sayını 22-yə çatdıran Hüseynqulu Quliyevin yetirmələri rəqibləri üçün əlçatmaz olub. Liqanı “Əlincə” 18 xalla ikinci, “Bakı” 17 xalla üçüncü yerdə tamamlayıb.

Xatırladaq ki, bu “Qəbələ”nin U-15 Liqasında ilk çempionluğu kimi tarixə düşdü.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30