Ölkə futbolu
Haciyevskini Azərbaycan millisinə qaytarın!
Bir neçə gün əvvəl mətbuatda xəbərlər yayıldı ki, millimizin baş məşqçisi Berti Foqtsla Polşa yığması maraqlanır. Əlbəttə, ağlı başında olan adam bu xəbərə inanmır. Çünki Polşa kimi futbolu inkişaf etmiş ölkənin rəhbərlərinin Foqts kimi istifadə müddəti bitmiş məşqçinin ümidinə qalması qeyri-mümkündü. Bu məsələ ilə bağlı həmkarlarım yazıblar və təkrarçılıq etmək fikrindən uzağam. Sadəcə, qısaca xatırladım ki, həqiqətən də bu, ilk belə hal deyil. Foqtsun kreslosu həmişə laxlayanda, millimiz uğursuzluğa düçar olanda hansısa klub və ya milli almanın xidmətində maraqlı olur. "Trabzonspor", Türkiyə millisi, Leverkuzen "Bayeri"i və s. və i.a. Onlarla belə nümunə var. Hamısı da yalandır. Axı, Foqts Azərbaycanda nə edib ki, kiminsə diqqətini cəlb edib, marağına səbəb olsun? Foqtsun karyerasına diqqət yetirəndə görürük ki, çalışdığı yerlər sanki pilləkan kimi üzüaşağıdır. Yəni, o hər dəfə səviyyəcə aşağı yerdə fəaliyyətini davam etdirir. Əvvəl Nigeriya və Şotlandiya kimi ölkələrdə çalışırdısa, bu gün Azərbaycandadır. Bundan sonra da işləyəsi olsa, uzağı San Marino, Butan, Andorra, Cibuti, Madaqaskar kimi ölkələrdə çalışar.
AFFA rəsmilərinin hələ də gözləmə mövqeyi tutub, Foqtsa dəstək olmaları anlaşılmazdır. "Foqtsu niyə istefaya göndərmirsiz" sualını Rövnəq Abdullayev və ya Elxan Məmmədova ünvanlasaq, təxminən belə cavab verəcəklər ki, "seçmə mərhələnin sonunu gözləyirik". Amma inanın ki, tsiklin sonunu gözləmək lazım deyil. Aydın məsələdir ki, yeni gələn məşqçi dərhal uğur qazanmayacaq. Lakin həmin mütəxəssisin komandanı tanımağa və növbəti seçmə mərhələyə qədər yaxşı kollektiv formalaşdırmağa vaxtı olacaq. Ona görə də seçmə mərhələnin sonunu gözləmək lazım deyil. Foqtsun istefasını istəyən jurnalistlərin qınamayın Rövnəq bəy, Elxan bəy. Biz məşqçi deyilik və Foqtsun yerində də gözümüz yoxdur. Yeganə istəyimiz futbolumuzun, ölkəmizin adının yüksək tutulmasıdır. Başqa heç nə demirəm, bircə "sports.ru" saytına daxil olub, Azərbaycan - Lüksemburq oyunundan sonra yazılan şərhləri oxuyun və sonrasına özünüz qərar verin. Hansısa rus gədələrinin bizi ələ salmasına imkan verməyin.
Foqts millinin baş məşqçisi postunda vaxtı ilə "Bakı"da uğurlu faəliyyəti ilə ölkəmizdə tanınan Coko Haciyevskini əvəzləmişdi. Həmin vaxt AFFA rəsmiləri millimizin Qazaxıstanla yoxlama oyununda (!) heç-heçə etməsini əsas gətirərək (!!!) makedon mütəxəssisin işinə son vermişdilər. Birincisi, yoxlama oyunundakı nəticəyə görə məşqçi qovulması absurddur. İkincisi də həmin oyunla Lüksemburqla görüşü müqayisə edin və görün ki, hansı matçda komandamız daha yaxşı oynayıb. Antalyada baş tutan həmin oyunda penaltini qaçırılmasaydı, ya da son dəqiqədə Ponomaryov boş qapını dəqiq nişan alsaydı, yığmamız qazaxlara qalib gələcəkdi. Görəsən, onda AFFA-dakılar nə bəhanə edəcəkdilər? Üzümü AFFA rəsmilərinə tutub demək istəyirəm ki, millimizin uğursuzluğundan siz də təngə gilmisiz, bilirik. Tezliklə Foqtsun millidən göndərilməsi də gündəmdir və bu gedişlə Foqts qarşıdakı aylarda, ən pis halda seçmə mərhələnin sonunda Azərbaycan yığması ilə vidalaşacaq. Komandamızın nəticə qazanması üçün ən yaxşı variant isə elə Coko Haciyevskini Azərbaycna millisinə qaytarmaqdır. Bir var, hansısa məşqçini gətirib, ona milyonlar xərcləyəsiz, bir də var ki daha aşağı qiymətə Haciyevski millimizdə çalışsın. Həm də yeni gələn mütəxəssis üçün zamana ehtiyac olacaq. O ölkəmizi, futbolçularmızı tanıyası, komanda formalaşdırması və s. və i.a. Bütün bunlar vaxt aparacaq. Amma Haciyevski futbolumuza yaxından bələddir. Kimin nəyə qadir olduğunu da gözəl bilir. Həmçinin qısa zamanda əla kollektiv formalaşdırmağı da bacarır. Üstəlik, çətin məsuliyyətin altına girməkdən də qorxmur. Bunu elə hamıdan yaxşı AFFA-dakılar da bilir. Çünki Diniyev millidən gedərkən AFFA rəhbərliyi bütün məşqçiləri bir yerə yığıb, toplantı keçirmişdi və orada çətin məsuliyyətin altına girməyə yalnız Haciyevski razı olmuşdu. Əminəm ki, bu gün də ona təklif gəlsə, millimizi sevə-sevə qəbul edər. Həm də unutmayın ki, Coko Azərbaycan xalqına Foqtsdan daha çox hörmət edir. Buna əmin olmaq üçün bir nümunə də kifayətdir: ölkəmizə gəlkdiyi ilk günlərdən etibarən Haciyevski daim üstündə gəzdirdiyi dəftərçəsində dilimizdə eşitdiyi hər sözü qeyd edir və öyrənirdi. Amma bu günə kimi Foqtsun dilindən dilimizdə hansısa sözü doğma dilimizdə eşitmisiz? Ən yaxşı halda bircə "salam" deyəcək. Uzun sözün qısası, hörmətli AFFA rəhbərliyi, millimizin inkişaf etməsini istəyirsinizsə, 5 il əvvəl buraxdığınız səhvi düzəldin.
Şahin ZÜLFÜQAROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























