23 Mart 2026, Bazar ertəsi
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Ölkə futbolu

Mahir Mədətov: “Cavab oyunu asan keçməyəcək”

“Topun dirəyə dəydiyi epizodda tez düşünməliydim. Əsas fikrim qapıya düşmək idi. Təəssüf ki, həmin epizodda fərqlənmək alınmadı”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın hücumçusu Mahir Mədətov deyib.

Gənc forvard Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Lüksemburq çempionu “Düdelanj”ı 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmaq haqda bunları söyləyib: “2:0 hesablı qələbə qazandıq. Buna yaxşı hesab demək olar. Rəqibdən də çox şey asılıdır. “Düdelanj” hesabda geri olsa da, öz oyununu göstərməyə çalışırdı. Qarşıda cavab oyunu var. Həmin matç asan eçməyəcək. Rəqibə ciddi yanaşmalıyıq. Səfər matçında da əlimizdən gələni edəcəyik”.

Mədətov qeyd edib ki, “Qarabağ” ikinci hissədə hesab arasındakı fərqi artırmaq istəyib: “İkinci qoldan sonra da hücumlara davam edirdik. Özümüzdə top saxlayırdıq. Amma elə alındı ki, üçüncü qolu vura bilmədik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31