3 Sentyabr 2026, Cümə axşamı
Millimizin oyunun yeri dəyişdirildi
Cəfərquliyev əməliyyat olundu
"Dinamo"dan mövsümə uğurlu start
"Neftçi" Kenan Piriçlə yollarını ayırdı

Ölkə futbolu

“Lans” Hafiz Məmmədovla danışıqlara başladığını rəsmən açıqladı

Fransanın “Lans” klubu azərbaycanlı iş adamı Hafiz Məmmədovla danışıqlara başladığını rəsmən bəyan edib. Lent.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında yerləşdirilmiş kommunikedə bildirilir.

“Lans”ın baş sponsoru “Kredit Agricole Nord de Franse” klubun yenilənməsi barədə tender şərtlərini öyrənib. Bundan sonra “Lans”ın prezidenti Jerve Martel və investor tərəfdaş Hafiz Məmmədovla eksklüziv danışıqlara başlanılması qərara alınıb.

Qeyd edək ki, Hafiz Məmmədov “Baghlan Group” şirkətinin sahibi və “Bakı” klubunun prezidentidir. Onun təşəbbüsü ilə İspaniya “Atletiko”su ilə də əməkdaşlıq müqaviləsi bağlanılıb. “Lans” klubu 1906-cı ildə təsis olunub. Hazırda Fransanın 2-ci liqasında çıxış edən klub 1997-1998-ci il mövsümündə ölkə çempionu olub. Bu komanda 4 dəfə çempionatın gümüş, 2 dəfə bürünc medalını, Liqa Kubokunu və UEFA İntertoto Kubokunu qazanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30