Ölkə futbolu
Elmir Vəliyev: “Kəpəz” bu yerə elə-belə gəlib çıxmayıb”
“Kəpəz” PFK-nın Müşahidə Şurasının sədri Elmir Vəliyev klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Elmir müəllim, öncə mövsümün yekunları ilə bağlı fikirlərinizi öyrənmək istərdik....
- Əvvəlcə onu deyim ki, çempionat gərgin mübarizəyə səhnə oldu. Bir-birindən maraqlı keçən oyunlar izlədik. Uzun marafon “Qarabağ”ın çempionluğu ilə başa çatdı. Ağdam klubunu təbrik edir, onlara Çempionlar Liqasında uğurlar arzulayıram. İnanıram ki, Qarabağ adı yenə Avropada ən yaxşı şəkildə təmsil olunacaq. Avropa Liqasına vəsiqə qazanan öz komandamızla yanaşı, “Qəbələ” və “Neftçi”yə də uğurlar arzulayıram. Təbii ki, “Kəpəz”in uğurlarına biz daha çox sevinirik. Sevimli klubumuz çempionatın debütantı olsa da, layiqli şəkildə mübarizə apardı və bunun da nəticəsi olaraq qitəmiqyaslı turnirə vəsiqə əldə etdi. Bu, hamımızın uğurudur.
- Çempionatın startında “Kəpəz”dən bu nəticə gözlənilməsə də, komanda 16 ildən sonra yenidən avrokuboklarda oynamaq hüququ qazandı. Bununla bağlı siz nə düşünürsüz?
- “Kəpəz”in futbolumuzun elitasına qayıtması azarkeşlərin arzusu, əsas istəyi idi. Ötən mövsümün əvvəlində lisenziya şərtlərinə uyğun olaraq belə imkan yarandı və komandamız Topaz Premyer Liqasında mübarizəyə başladı. Komanda sıfırdan quruldu, klubun yeni strukturu formalaşdı. Düzdü, ilk vaxtlar çətin oldu, amma bu məqam bizi ruhdan salmadı. Bütün bacarığmızı ortaya qoyub nəticə qazanmağa çalışdıq. Əvvəlcə hədəf çempionatda möhkəmlənib yerimizi qorumaq idi. Oyundan-oyuna daha yaxşı nəticələr qazana biləcəyimizi gördük. İlk “6-lıq”a düşməyə çalışırdıq, amma çempionatın sonuna doğru medal qazanmaq imkanımız da yarandı. Demək istəyirəm ki, “Kəpəz” bu yerə elə-belə gəlib çıxmayıb, komanda məqsədyönlü fəaliyyətin, zəhmətin nəticəsi olaraq çempionatı layiqli şəkildə başa vurdu.
- Başçılıq etdiyiniz Müşahidə Şurası komandanın çıxışını necə qiymətləndirir?
- Bildiyiniz kimi, Müşahidə Şurasında Gəncənin tanınmış ziyalıları, elm adamları, ictimai xadimlər və futbol mütəxəssisləri yer alıb. Hər şeydən əvvəl biz futbol azarkeşiyik, idmansevər insanlarıq. Müşahidə Şurasının üzvləri də komandanın çıxışından razı qalıb, əldə olunan nəticə yüksək qiymətləndirilir. Biz hər zaman klubun yanında, arxasındayıq. Mövsüm boyu komandaya dəstək olmağa çalışdıq və düşünürəm ki, qarşıya qoyduğumuz ideyaları birlikdə həyata keçirə bildik. Üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirmək üçün yorulmadan çalışdıq. Hər birimiz işimizin nədən ibarət olduğunu və onun həlli yollarını yaxşı bilirik. MŞ-nın fəaliyyətinin məni qane etdiyini deyə bilərəm. Görülən işlər öz müsbət bəhrəsini verir. Bu isə düzgün yolda olduğumuzun sübutudur.
- Mövsümün əvvəlində “Kəpəz”in ev oyunlarını Gəncədə keçirməmək ehtimalı da vardı. Amma şəhər rəhbərliyinin də səyləri nəticəsində komanda doğma meydanda, azarkeşləri önündə çıxış edə bildi.
- Şəhər stadionunun vəziyyətinə görə “Kəpəz”in Gəncədə oynamamaq ehtimalının az olması bizi sıxırdı. Müşahidə Şurası olaraq ilk növbədə bu problemi aradan qaldırmağa səy göstərdik. Demək olar ki, qurum kimi ilk işimiz komandanın ev oyunlarını Nizami yurdunda keçirməsinə nail olmaq idi. Çətinlikdən çəkinməyib işə başladıq. Bu istiqamətdə görülən işlərdə bizə şəhər rəhbərliyi də dəstək oldu. Buna görə də hər iki qurumun rəhbərliyinə minnətdarıq. Birgə fəaliyyətimiz nəticəsində şəhər stadionunda xeyli işlər görüldü və “Kəpəz”in doğma şəhərdə oynamamaq təhlükəsi aradan qalxdı.
- Yeri gəlmişkən, çempionat ərzində stadionda aparılan işlər mütamadi olaraq davam etdirildi. Bu haqda nə deyə bilərsiz?
- Gəncə şəhər stadionunda uzun illər təmir işləri aparılmadığından arenanın durumu yaxşı vəziyyətdə deyildi. Qısa müddətdə görülən müəyyən işlərdən sonra qərara aldıq ki, çempionatın gedişində də səylərimizi davam etdirib, çatışmazlıqları yoluna qoyaq. Əsas meydançanın ot örtüyünün yaxşı vəziyyətə gətirilməsi üçün xeyli işlər görüldü. Mütəxəssislər qazonun durumunu həmişə diqqətdə saxlayıb, vaxtlı-vaxtında qulluq göstərdilər. Eyni zamanda tribunalara hissə-hissə yeni oturacaqların quraşdırılmasına başlanıldı. Artıq tribunalar 6 000-ə yaxın oturacaqla təmin edilib. Bundan başqa, stadionumuzda süni örtüklü mini-futbol meydançası inşa edilib, uşaq komandalarının ixtiyarına verilib. AFFA ilə birgə həyata keçirdiyimiz bu işləri davam etdirəcəyik.
- İstərdim ki, bir az da gəncəli futbolsevərlərdən danışaq. “Kəpəz”in əsas üstünlüklərindən biri də onun azarkeşləridir. Komandaya marağın bu səviyyədə olacağını gözləyirdiz?
- Komandanın Premyer Liqaya dönüşü şübhəsiz, yerli azarkeşləri çox sevindirdi. Gəncə Azərbaycanın əsas futbol mərkəzlərindən biri kimi qəbul olunur. Şəhərimizdə futbola maraq, sevgi hədsizdir. Oyunlarımıza gələn azarkeş sayına baxmaqla bunu bir daha vurğulaya bilərik. Əvvəlki mövsümlərdə komanda aşağı dəstədə çıxış etdiyindən, azarkeşlər sanki futboldan küsmüşdülər. “Kəpəz”in elitaya qayıtması və uğurlu nəticələri azarkeşləri sevindirməklə yanaşı, onların tribunalara qayıtmasına səbəb oldu. Biz də futbolsevərləri stadiona cəlb etmək üçün az iş görmədik. Premyer Liqada iştirak edəcəyimiz təsdiqləndikdən sonra MŞ-nın üzvləri fan-klublarla, futbol veteranları ilə mütəmadi görüşlər keçirdi. Aparılan təbliğat işlərinin nəticəsidir ki, 18 ev oyunumuzu stadiondan 240 mindən artıq azarkeş izləyib. Bu da Topaz Premyer Liqasındakı tamaşaçı sayının 51 faizdən çoxu deməkdir. “Qarabağ”la ev oyunlarında azarkeş sayı 20 400 oldu. Bu, rekord göstəricidir və “Kəpəz”ə məxsusdur. Fanatlar səfər oyunlarında da komandanı tək qoymadılar. Klubumuz tərəfindən onların səfərlərə aparılması üçün şərait yaradıldı. Fürsətdən istifadə edib, komandamızı daim dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm. “Kəpəz”in uğurlarında onlar da pay sahibidirlər. Əminəm ki, Avropa Liqasında da azarkeşlər komandaya dəstək verəcəklər. Ev oyunlarını Bakıda keçirəcəyimizdən biz klub olaraq paytaxta getmək üçün fanatlara imkan yaradacağıq.
- Uzun müddət “Kəpəz”dən milli komandalara futbolçu dəvət olunmasa da, son mövsümdəki uğurlu çıxış yığmanın məşqçilər korpusunun diqqətini çəkdi.
- Komandamızın qısa müddətdə formalaşmasına baxmayaraq heyətə dəvət etdiyimiz oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər və bunun nəticəsi olaraq 8 futbolçu milli komandalara dəvət aldılar. Buna ancaq sevinə bilərik. “Kəpəz”dən yığmalarda futbolçuların olması, aparılan uğurlu işin göstəricisidir. Gələcəkdə də oyunçularımızın əsas və müxtəlif yaş qrupları üzrə komandalara çağırılacağına ümid edirik.
- Az əvvəl Gəncənin futbol mərkəzi olduğunu qeyd elədiz. Nizami yurdu hər zaman öz yetirmələri ilə ad çıxarıb və uşaq futbolunun inkişafı ilə bağlı görülən işlər artıq öz bəhrəsini verməyə başlayıb.
- Bəli, düz vurğuladınız. Klubumuzun 11 yaşlılardan ibarət komandası Azərbaycan birincliyinin qalibi oldu. Az müddətdə görülən işlər uğurlu nəticəyə səbəb yaratdı. Uşaqların sevincini biz də paylaşırıq. Onlar futbolda ilk addımlarını atırlar, böyük qələbələri hələ qabaqdadır. Onu da qeyd edim ki, bu mövsüm Gəncənin iki komandası ölkə çempionu, 3 futbolçusu isə müxtəlif yaş qruplarından ibarət liqaların bombardiri oldu. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının təmsilçisi U-13 liqasında qalib gəldi. Deməli, şəhərimizdə yeni-yeni istedadlar yetişməkdədir. Bu uşaqlar gələcəkdə ölkə futboluna, o cümlədən “Kəpəz”ə xeyir verəcəklər. Uşaq futbolunun inkişafı öndə duran əsas məsələlərdəndir.
- Avropa Liqasının oyunlarına hazırlıq, eləcə də transfer çalışmaları barədə nə deyə bilərsiniz?
- Uzun fasilədən sonra avrokuboklara vəsiqə qazanmağımız bizi sevindirməklə yanaşı, məsuliyyətimizi bir qədər də artırdı. Biz də istəyirik ki, komandamız qitəmiqyaslı yarışlara dönüşünü uğurlu nəticələrlə yaddaşlara həkk etdirsin. Bunun üçün müəyyən işlər görülür. Büdcəmiz səs-küylü transferlər həyata keçirməyə imkan verməsə də, baş məşqçinin xidmətində maraqlı olduğu futbolçular var və onların keçidini reallaşdırmaq istiqamətində işlər görülür. Mövsüm başa çatdıqdan sonra komandadan ayrılanlar oldu. Gedənlərin heyətdə boşluq yaratmamasına çalışırıq. Hansı futbolçunun keçidi rəsmiləşirsə, dərhal ictimaiyyətə açıqlama verilir. Komandanın hazırlıq planına gəldikdə, təlim-məşq toplanışının birinci mərhələsini Türkiyədə reallaşdırırıq. Komanda artıq Ərzurum şəhərindədir və orada 10 gün hazırlıq keçəcək, yoxlama oyunlarında gücünü sınayacaq. Bir sözlə, məsuliyyətimizi anlayır və mümkün qədər komanda üçün ən yaxşısını etməyə çalışırıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA referiləri I Liqa oyunlarında
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- Cenklə Avropa “cənginə”
-
20:30
Dünya Kubokunda yarışacaq 3x3 basketbol yığmamızın heyəti açıqlanıb
-
19:14
DÇ-2026: İspaniya millisinin “26-lığ”ı müəyyənləşdi
-
18:45
Dambrauskasa verilən “gic-gic suallar”
-
17:52
“Bursaspor” Toralı belə təqdim etdi VİDEO
-
17:23
Toral Bayramov Türkiyə klubuna keçdi
-
17:00
“Slovakiyaya dünya çempionu kimi yollanmağımız işimizi çətinləşdirir”
-
16:48
Avropa çempionatı üçün millimizin heyəti açıqlandı
-
16:39
Millimizin qapıçısı: “Federasiya rəhbərliyi tam dəstəklə arxamızdadır”
-
16:21
“Qəbələ” - “Mingəçevir” matçının hakimləri müəyyənləşdi
-
16:07
Minifutbol millimizin açıq məşqi FOTOLENT
-
15:56
Elşad Quliyev: “Yaxşı nəticə qazanmaq üçün tam gücümüzlə mübarizə aparacağıq”
-
15:34
PFL Premyer Liqanın bombardirini mükafatlandırdı
-
15:15
İngiltərə klubu 53 ildən sonra avrokuboklarda
-
15:02
"Araz-Naxçıvan" qapıçısı ilə yeni müqavilə imzaladı
-
14:43
Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda altıncı olub
-
14:29
Rossi "Şamaxı"dan getdi
-
14:00
"Qızıl buts"ın qalibi müəyyənləşdi
-
13:38
Əfran İsmayılov "Araz-Naxçıvan"dan getdi
-
13:17
AFFA millinin baş məşqçisi ilə yolları ayırıb
-
12:51
"Deportivo" 8 ildən sonra La Liqaya qayıtdı
-
12:25
“Füzuli Məmmədovun gəlişindən sonra “Karvan-Yevlax”da müsbət dəyişikliklər oldu”
-
12:04
PFL Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu VİDEO
-
11:46
"Kəpəz"də yeni müqavilə
-
11:32
U-20 millimizin heyəti açıqlandı
-
11:19
Turin derbisində heç-heçə VİDEO
-
10:58
Nəriman Axundzadə oynamadı, komandası qalib gəldi
-
10:43
"Milan" öz meydanında uduzdu, ÇL-dən kənarda qaldı VİDEO
-
10:20
Elvin Camalov: “Neftçi”də qalmağı çox istəyirəm”
-
10:07
Qvardiola "Mançester Siti"dən məğlubiyyətlə ayrıldı VİDEO
-
09:51
Bakıda cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışı başa çatıb
-
09:35
"Arsenal" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
20:18
Güləşçilərimiz Avropa çempionatında 6 medal qazanıblar
-
18:41
Zakaria Savon rəsmən “Qarabağ”da
-
18:26
Füzuli Məmmədov: “Çox istəyirəm ki, yenidən Premyer Liqaya geri qayıdaq”
-
17:57
Premyer Liqamızda 2025/26 mövsümünə yekun vuruldu
-
16:34
Azərbaycan çempionatında 21 ildən sonra 500 qol
-
15:00
Berdıyev: “Himni eşidirsənsə, ölkən üçün oynayırsansa, meydanda həlak olmalısan”
-
14:29
“Qəbələ” pley-off oyununda nominal meydan sahibi olacaq
-
13:13
"Zirə" Premyer Liqada 400-ə çatdı
-
11:45
Cenk Sümer: “Neftçi”nin sahibi azarkeşləridir”
-
11:32
Onlar da “Şamaxı”dan ayrıldılar
-
11:08
"Barselona" "Valensiya"ya uduzdu VİDEO
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:27
"Real" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
10:14
Avroliqa: “Qarabağ”ın bütün mümkün rəqibləri müəyyənləşdi
-
09:36
Əliyevin komandasından növbəti qələbə
-
22:54
"Araz-Naxçıvan" - "Zirə" matçında 5 qol VİDEO
-
22:41
Rəşad Sadıqov: “Hazırda biz məğlub olan tərəfik”
-
22:09
Demçenko: “Zirə"də baş məşqçinin işi görünür, topu hara gəldi vurmurlar"
-
21:35
U-21 millimizin Türkiyə toplanışı üçün heyəti açıqlandı
25.05.2026
24.05.2026
23.05.2026























