1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Popoviç “Qəbələ”dən getdi

"Qəbələ” qapıçı Andrey Popoviçlə yollarını ayırıb. Futbolxeber.az saytının məlumatına görə, 2015-ci ilin yayından “qırmızı-qara” forma geyinən 24 yaşlı futbolçu komandanın heyətində 1 mövsüm çıxış edib. Qolkiper 2015-2016-cı illər mövsümündə “Qəbələ”də 10 oyun keçirib, 14 qol buraxıb. Premyer Liqada 8 matçda 11 dəfə qola üzülən qapıçı Azərbaycan kubokundakı yeganə oyunda qapısını toxunulmaz saxlayıb. Popoviç UEFA Avropa Liqasında keçirdiyi matçda 3 top buraxıb. Andrey “qırmızı-qaralar”ın heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatını qazanıb.

“Qəbələ” İdman Klubu Andrey Popoviçə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30