Ölkə futbolu
Olimpiya çempionu “Kəpəz”in çıxışına qiymət verdi
“Çempionatın yekunlarına əsasən doğma komandamızın Avropa Liqasına vəsiqə qazanmasına hamı kimi mən də çox sevindim. “Kəpəz” bununla minlərlə azarkeşin arzusunu həyata keçirmiş oldu. Buna görə komandaya minnətdarıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Olimpiya çempionu Toğrul Əsgərov deyib.
Gəncə klubunun rəsmi internet saytı olan kapazpfc.az-a danışan güləşçi daha sonra bunları əlavə edib: “Hələ çempionat başlayanda komandamızdan çox şey gözlənilmirdi. Çünki heyət yeni yığılmış, sıfırdan komanda formalaşdırılmışdı. Bu səbəbdən də heç kim inanmazdı ki, “Kəpəz” Avropaya vəsiqə əldə edəcək. Amma klub üzərinə düşəni lazımınca edib, ümidləri doğrultdu. Əslində azarkeşlər həmişə sevimli komandadan uğur gözləyib. Düzü, bu il mükafatçılar sırasına da düşə bilərdik. Amma son turlarda önəmli xallar itirməyimiz buna mane oldu. Məncə, təəssüflənməyə dəyməz. “Kəpəz” bu gedişlə tezliklə əvvəlki əzəmətini özünə qaytaracaq”.
Gəncə güləş məktəbinin yetirməsi olan Əsgərov “sarı-göylər”in sadiq azarkeşi kimi tanınır. Uşaqlıqdan Nizami yurdunun təmsilçisinə könül verən pəhləvan ötən mövsüm ərzində komandanın bəzi ev və səfər oyunlarını tribunadan canlı izləyib: “Gəncədə həmişə futbola maraq böyük olub. Klub yüksək liqaya çıxan kimi komandaya diqqət daha da artdı. Azarkeşlər oyundan-oyuna şəhər stadionunu doldurmağa başladılar. Ən çox tamaşaçı da məhz “Kəpəz”in oyunlarına gəldi. Mən özüm də imkan tapan kimi görüşləri stadiondan izləməyə can atırdım. Məşqlər və yarışlarla bağlı həmişə buna imkan olmasa da, ürəyim daim “Kəpəz”lə idi”.
Toğrul Avropa Liqasında komandaya uğurlar da arzulayıb: “16 ildən sonra komanda qitə miqyaslı turnirdə çıxış edəcək. Bu məqam olduqca qürurvericidir. “Kəpəz”in Avroliqaya çıxmasının özü bir uğurdur. İkinci nailiyyət mərhələ adlamağımız olar. Mən kollektivə uğurlar arzu edirəm, inanıram ki, çempionatda olduğu kimi Avropada da üzümüz güləcək. Azarkeşləri komandaya dəstək olmağa çağırıram. Özümə gəlincə, qarşıda Rio Olimpiya Oyunları var, hazırda bu yarışa gərgin məşqlər gedir. İmkan olarsa, komandanın ev matçını mütləq izləməyə gələcəyəm”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























