Ölkə futbolu
Xaqani Məmmədov: "Ramil Diniyevin penalti qərarı haqlıdır"
"Ramil Diniyev "Rəvan" - "Xəzər Lənkəran" matçını normal idarə etdi. Təyin etdiyi penalti də düz idi". Futbolxeber.az saytının məumatna görə, bunu "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
O bildirib ki, Azərbaycan Premyer Liqasında XXXVI tur matçının 80-ci dəqiqədə baş vermiş epizodda həqiqətən də kobudluq olub: "Epizoda diqqətlə baxsanız, "Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilov "Rəvan"ın oyunçusu Ruslan Tağızadənin sinəsinə dirsəklə zərbə endirir. Bu, Tağızadənin topa yiyələnərək, irəliləmək istədiyi vaxt baş verib. Ona görə də penalti qərarı haqlıdır".
X.Məmmədovun sözlərinə görə, R.Tağızadə simulyasiyaya meylli futbolçu olsa da, bu dəfə kobudluğa məruz qalıb. Sədr "Rəvan"ın oyunçusunun həmin epizodda qayda pozuntusunun olmadığını etiraf edərək, "Xəzər Lənkəran" azarkeşlərindən üzr istəməsinə belə münasibət bildirib: "Son vaxtlar futbolçularda dəbə düşüb. Oyundan sonra komandalarının lehinə qəbul olunmuş qərarların yanlış olduğunu deyirlər. "Mənə qarşı kobudluq yox idi", "Qəsdən özümü yerə atmışdım" kimi fikirlər səsləndirirlər. Tağızadənin özü dəfələrlə hakimləri aldatmağa yönəlmiş hərəkətlərə yol verib. Amma bu dəfə həqiqətən də kobudluğa məruz qaldı. Özünün nə deməsindən asılı olmayaraq, hakim epizodu düzgün qiymətləndirdi".
Onun fikrincə, R.Diniyev "Xəzər Lənkəran"a qarşı qərəzli olsaydı, ikinci hissədə penalti epizodundan öncə "Rəvan"ın təmiz qolunu sayar, penaltidən sonra isə meydan sahiblərinin lehinə daha bir penalti təyin edərdi. X.Məmmədov sayılmayan qol epizodunda da baş hakimin səhvinin olmadığını bildirib: "Belə epizodu tutmaq çətin idi. Bunu baş hakim görə bilməzdi. Bu, qapı arxasında duran əlavə köməkçi hakimin və ya yan xətt hakiminin görməli olduğu epizoddur. Oyuna əlavə köməkçi hakim təyinatı olmamışdı, yan xətt hakimi isə gənc Elgün Adıgözəlli idi. Gənc olmasına baxmayaraq, Adıgözəlli cəzalanacaq".
Hakimlər Komitəsinin sədri referiyə haqq qazandırmasına baxmayaraq, penalti epizodunun nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də müzakirə obyektinə çevrilməsində problem görməyib: "Kim nə danışırsa, özü üçün danışır. Mən mövqeyimi dedim".
Qeyd edək ki, Ramil Diniyevin təyin etdiyi penaltini Ramazan Abbasov qola çevirib. Bu qol sayəsində "Rəvan" 2:2 hesablı heç-heçəyə nail olaraq, Premyer Liqada qalıb. "Xəzər Lənkəran" isə sonuncu yeri tutduğu üçün, reqlamentə əsasən, I Diviziona enib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
12.11.2026
11.11.2026
10.11.2026
























