4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

Namiq Ələsgərov: “Bunun ardını gətirmək lazımdır”

“Matçın çətin keçəcəyini gözləyirdik. Amma oyun gözlədiyimizdən daha çətin alındı. Rəqib bizə müqavimət göstərdi, yekunda qələbə qazanan tərəf isə biz olduq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Namiq Ələsgərov deyib.

Futbolçu kapazpfc.az saytına Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində komandasının “Rəvan” üzərində 3:2 hesablı qələbəsini şərh edərkən belə deyib.

Ələsgərov hesaba baxmayaraq, qələbə qazandıqlarına görə sevindiklərini də söyləyib: “Qələbə qazandığımız üçün şadıq. Növbəti üç xal turnir cədvəlindəki yerimizi yaxşılaşdırmağa imkan verdi. Bunun ardını gətirmək lazımdır”.

Gənc yarımmüdafiəçi bir müddət zədəli olduğundan “sarı-göylər”ə kömək edə bilməyib. Zədə səbəbindən iki turu buraxan millinin üzvü “Rəvan” ilə oyunda sıraya dönüb və qayıdışı da möhtəşəm alınıb. İlk qolun ötürməsini verən futbolçu daha sonra rəqibin avtoqoluna səbəb olub, eyni zamanda 11 metrlik cərimə zərbəsi qazanıb: “Zədəyə görə iki oyunda meydana çıxa bilmədim. Dönüşümün belə alınması, vurulan qollarda əməyimin olması məni sevindirir. Fiziki cəhətdən tam hazır deyildim, bununla belə oynamaq istəyi çox idi”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31