19 Dekabr 2025, Cümə
Şahruddin əməliyyat olundu
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA

Ölkə futbolu

“Qəbələ” və “Neftçi”nin futbolçularına göstərilən vərəqələr ləğv olundu

Bu gün AFFA Intizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, 27 aprel 2016-cı il, 2015/2016 mövsümündə,  XXIV Azərbaycan Kubokunun 1/2 mərhələsinin “Neftçi”-– “Qəbələ” matçının 84-cü dəqiqəsində Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” - “Qəbələ” matçının 74-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu  Aleksey Qay və oyunun 86-cı  dəqiqəsində “Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyli sarı vərəqə ilə cəzalanıb.

İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib:

Oyunun 74-cü dəqiqəsində “Qəbələ” klubunun 19 №-li futbolçusu Aleksey Qaya simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.

Oyunun 86-cı dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Fəhmin Muradbəyliyə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub.

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31