12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Xaqani Məmmədov jurnalistlərlə görüşəcək

Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantılar keçirir. Futbolxeber.az saytının məlumatına görə, hər həftə baş tutan toplantı zamanı turda idarəçilik etmiş hakimlər iştirak edir, onların verdikləri qərarlar videoçarxlarla müzakirə olunur.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin və Azərbaycan Premyer Liqasının XXXI turunun görüşlərində verilən qərarlar sabah saat 16:00-da AFFA-nın inzibati binasında reallaşacaq ənənəvi toplantı zamanı müzakirəyə çıxarılacaq. Budəfəki toplantı media nümayəndələri üçün açıq olacaq. Müzakirələrdən sonra  Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun və hakimlərin mətbuat konfransı keçirməsi nəzərdə tutulub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30