Ölkə futbolu
Bu dəfə əl topu yox, ayaq ayağı tapdı...(QEYD)
- Oyunun hakimliyi haqqında danışa bilmərəm. Çünki bu görüşün hakim-ispektoruyam.
- Biz sizə matçın hakim-inspektoru kimi yox, Hakimlər Komitəsinin sədri kimi sual verdik.
- Heç nə deyə bilmərəm.
Bu dialoq “Neftçi” - “Qəbələ” oyunu başa çatdıqdan dərhal sonra “Bakcell Arena”nın həyətində Xaqani Məmmədovla aramızda baş tutdu. Əslində, Xaqani bəyi başa düşürəm. Axı, nə desin? Bu gün Əliyar Ağayev üzvü olduğu komitəyə də, onun sədrinə də elə bir zərbə vurdu ki, danışılası deyil. Xaqani Məmmədov özü də çox gözəl bilir ki, Əliyar Ağayev “Qəbələ”nin haqqını yeyib. Ona görə də danışmağa, ən çox güvəndiyi hakimi müdafiə etməyə söz tapmır. Tam əminliklə deyirəm ki, o, Əliyar Ağayevin düzgün qərar qəbul etdiyinə bircə faiz inansaydı, yenə də jurnalistləri futbolu bilməməkdə ittiham edərdi.
Bəli, biz futbolu Xaqani Məmmədov , onun sevimli hakimləri qədər bilmirik. Amma Aleksey Qayın yerdə qaldığı epizodda penalti olduğunu görmək üçün futbolu mükəmməl bilməyə ehtiyac yoxdur...
Sumqayıtda yerli komandanın “Qəbələ” ilə oyununa baxırdıq. Hakimlərdən söz düşəndə, bir nəfər dedi ki, “bu gün lazım olsa, Ömər Paşayev “Sumqayıt”a kömək edəcək”. Səbəbini etika xatirinə yazmıram. Yekunda iddia təsdiqin tapdı. Ömər Paşayev Arif Daşdəmirovun rəqib futbolçuya yüngül toxunuşuna görə elə penalti təyin etdi ki...
Sözümüzün canı odur ki, bu gün hakimlərin “Qəbələ”yə qarşı haqsızlıq etməsi açıq-aşkar özünü biruzə verir. 1 komandaya qarşı bu qədər qərəz nəyə lazımdır ki? Yaxud da kimə? Günün sualı məhz budur. “Qəbələ”nin qarşısını kim almaq istəyir? 1 və yaxud 2 dəfə eyni hal təkrarlansaydı, bunu “hakim səhvi kimi” qələmə vermək olardı. Amma görünən odur ki, cari mövsümdə “Qəbələ”yə qarşı edilən hakim haqsızlıqlarının sayı normadan çoxdur.
2-ci cəhddə Avroliqanın qrupuna düşən, akademiyası ilə Azərbaycanın aşağı yaş qruplar üzrə milli komandalarını futbolçularla təmin edən klubun qarşısını almaq, uğura gedən yolunu bağlamaq kimə sərf edir ki? Bundan itirən yalnız və yalnız Azərbaycan futbolu olacaq.
“Neftçi” ilə oyundan sonra Aleksey Qay jurnalistlərin suallarını cavablandıra bilmədi. Çünki oyun ərzində qışqırmaqdan səsi batmışdı. Onun səsini batıran isə hakimin vermədiyi penalti idi.
Avroliqanın qrup mərhələsində idarəçilik etsə də,cari mövsüm ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində dekabrın 3-də baş tutan “Rəvan” - “Bakı” görüşünün sonuna hava şəraitinə görə vaxt artırmayan da Əliyar Ağayev idi. Qarşılaşmadan sonra “futbolçular dedilər ki, hava soyuqdur, ikinci hissənin sonuna vaxt artırma” deyən hakim, bizim FIFA referimiz, Xaqani Məmmədovun ən çox güvəndiyi ədalət qoruyucusu. Görəsən, bu dəfə Əliyar Ağayev özünə necə haqq qazandıracaq? Səhv etdiyini boynuna alacaqmı? Çətin.
Dəqiq rəqibin və hakimin adını xatırlamıram. “Qəbələ”nin ötənmövsüm hansısa çempionat oyunu idi. Epiodların birində hakim simulyasiyaya görə “Qırmızı-qaralar”ın hücumçusu Viktor Mendiyə sarı vərəqə vermişdi. Matçdan sonra Mendi hakimi aldatmağa çalışdığını etiraf etmişdi. Həmin vaxt bu etirafa görə hətta, “Qəbələ”nin hücumçusuna fair-plap mükafatının verilməli olduğunu söyləyənlər də vardı. Çox maraqlıdır, bu gün “Qəbələ”nin haqqını yeyən hansısa hakim Mendinin cəsatini özündə taparaq, səhv etdiyini boynuna alacaq?
Xaqani Məmmədov hər zaman əllə oyunla bağlı yaranan mübahisəli epiozadlarda “əl topu tapdı, yoxsa top əli” sualından istifadə edir. Amma Xaqani bəy, bu dəfə əl topu, yaxud top əli yox, ayaq ayağı tapdı. Hər kəsin gözünün qarşısında. Lakin sizin ən çox güvəndiyiniz hakim 2 ayağın toqquşmasını görmədi...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
12.11.2026
11.11.2026
10.11.2026
























