Ölkə futbolu
“Getməyə pis baxmıram, təki "Xəzər Lənkəran" yaşasın” (Müsahibə)
“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədovun müsahibəsi
- Azərbaycan Premyer Liqasının XXXI turunda "Qəbələ"yə evdə məğlub oldunuz. Erkən qol buraxdıqdan sonra dönüş edə bilməməyinizə səbəb nə oldu?
- Udulası oyun idi. Son görüşləri götürsək, həqiqətən də uşaqlardan narazılığım yoxdur. Gözəl oyun sərgilədilər. Sadəcə, yekun nöqtəni qoymaq üçün soyuqqanlılıq çatmır. Ümidvaram ki, sona qədər döyüşəcəyik.
- Artıq, həm "Xəzər Lənkəran"ın, həm də "Rəvan"ın aktivində 14 xal var. İki komandadan biri aşağı liqaya düşəcək...
- İnanıram ki, biz düşməyəcəyik.
- "Qəbələ" ilə oyunda Orxan Sadıqlı və Nodar Məmmədov arasında mübahisə yaşandı...
- Paltardəyişmə otağına girəndə onlar qucaqlaşıb oturmuşdular. Komanda qalib gəlmək istəyir, ona görə də bir az əsəblər tarıma çəkilir və anlaşılmazlıq olur. Futbolda belə hallar baş verir.
- Paltardəyişmə otağında qucaqlaşıb otursalar da, bunu komandadan başqa heç kim görmür. Ancaq iki futbolçunun mübahisəsini hər kəs gördü. Həm stadiona toplaşan azarkeşlər, həm də oyunu televiziyadan izləyənlər...
- Bilirəm. Özləri də bunu başa düşdülər və üzr istədilər.
- Futbolçularla məsələ ilə bağlı söhbət etdiniz?
- Oyundan dərhal sonra danışdıq. Bu barədə uşaqların hamısı ilə söhbət etmişik.
- Neçə oyundur deyirsiniz ki, komandada son nöqtəni qoymaq çatışmır. İndidən yayın planlarına başlamısınız: yeni mövsüm üçün nə düşünürsünüz?
- Demək olar ki, hər bir xəttə yeni futbolçular gəlməlidir. Müdafiədən hücuma qədər olan hər bir mövqeyə gücləndirmə olmalıdır.
- Müdafiədən hücuma güclənmək üçün 10 futbolçu transfer etmək lazımdır. İnanırsınız ki, rəhbərlik bu qədər transferə razılıq verəcək?
- 10 olmasa da, 5 futbolçu lazımdır. Əziyyət çəkən uşaqları komandadan çıxarası deyilik. Uşaqların əziyyəti var və əksəriyyəti gəncdir. Gələcəkdə bizə kömək edəcək, komandanın şərəfini qorumağa layiq olan futbolçular var.
- Klubun vitse-prezidenti Tuqyun Nadirov da komandada yeni futbolçulara ehtiyacın olduğunu bildirib. Yay transfer pəncərəsində yerli, yoxsa legioner futbolçular transfer ediləcək?
- Bu barədə hələ söhbətimiz olacaq. İllik büdcə tutulmalıdır. Bundan sonra transfer siyasətinə aydınlıq gələcək.
- Yaxşı yerli futbolçuların hamısı müxtəlif komandalarda çıxış edir...
- Bunu bilirəm (gülür). Bütün milliyə layiq olan, yaxşı futbolçular hamısı klublardadır və müqavilələri var. Yenə də söhbət edirik. Ola bilər ki, icarəyə götürək və ya namizədimiz öz klubunda əsas heyətə düşə bilmirsə, onu götürəcəyik. İstərdim ki, transferlər, əsasən, legionerlər olsun. Yenə də bu məsələlərə mayın axırında aydınlıq gələcək. Ayrılan büdcəyə uyğun da addım atacağıq. Mövsümün sonunda klub prezidenti ilə danışacağıq.
- Sizin yeni mövsümdə "Xəzər Lənkəran"da qalıb-qalmayacağınız dəqiqləşib?
- Bu məsələ də mayın sonunda bilinəcək. Klub prezidenti bildirib ki, əziyyətə görə qalacaqsan. Mübariz Mənsimov böyük dəstək göstərə bilər. Mən getməyə pis baxmıram, təki "Xəzər Lənkəran" yaşasın.
- Son turda "Rəvan" AZAL-a qalib gəldi. AZAL avrokuboklar üçün oynayan, "Rəvan" isə heç bir iddiası olmayan komandadır. Bu nəticə sizi təəccübləndirmədi?
- Qətiyyən yox. Orada da futbolçular əziyyət çəkib və qələbə qazanıblar. Mən onların qələbəsinə kölgə sala bilmərəm.
- Qarşıdakı 5 turda çətin oyunlarınız var. O cümlədən, sonun turda "Rəvan"la, yəqin ki, həlledici oyuna çıxacaqsınız...
- Bəli, oyun Bakıda olacaq. İtiriləsi bir şeyimiz qalmayıb. Ancaq önümüzə baxırıq. Çətin oyunlar qalıb.
Mənbə: report.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























