12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

İtaliya millisi Azərbaycana gəlir!

Mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatına vəsiqə qazanan ikinci komanda müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, Elit-raundun 3-cü qrupunda Bosniya və Hersoqovina, Rusiya və Gürcüstan milli komandalarını qabaqlayan İtaliya millisi Azərbaycan paytaxtında baş tutacaq qitə birinciliyinə vəsiqə əldə edib. İtaliya, Bosniya və Rusiya milliləri qrupu 6 xalla tamamlayıblar. Lakin topların daha yaxşı fərqinə görə “Skuadra Adzurra” qalib adını qazanıb. Bosniya və Hersoqovina yığması isə ikinci olub.

Xatırladaq ki, daha əvvəl Belçika millisi də Bakıda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30