1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

"Qəbələ"nin hücumçusu məhkəməyə müraciət etdi

"Qəbələ"nin futbolçusu Aleksey Antonov keçmiş klubu Qazaxıstan “Aktobe"sindən İdman Arbitraj Məhkəməsinə şikayət edib. "Report"un məlumatına görə, bu barədə "Aktobe"nin baş direktoru Dmitri Vasilyev açıqlama verib.

O bildirib ki, Antonov keçmiş klubunun ona borclu olduğunu iddia edib. Müvafiq sənədləri yenicə aldıqlarını deyən baş direktor bildirib ki, hazırda komandanı hansı cəzanın gözlədiyi öyrənilir. O, ukraynalı yarımmüdafiəçi Sergey Kovalçukun da eyni addımı atdığını vurğulayıb və yenə xoşagəlməz sürprizlərin olacağını istisna etməyib.

Qeyd edək ki, Aleksey Antonov "Aktobe"də 2014-cü ilin iyunundan 2015-ci ilin iyununadək forma geyinib. Ardından o, "Qəbələ"yə keçib. Sergey Kovalçuk isə 2012-ci ilin iyunundan 2013-cü ilin dekabrınadək Qazaxıstan klubunda çıxış edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30