3 Mart 2026, Çərşənbə axşamı
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

“Bakı” ilə bağlı məsələ qaldırmışdıq ki, 300-dən çox uşaq artıq futboldan uzaqlaşa bilər”

Moskvada yaşayan azərbaycanlıların yaratdığı və həvəskar liqada çıxış edən “Qarabağ Moskva” futzal klubunu ermənilərin almaq istəməsi haqda müzakirələrə millət vəkili Fazil Mustafa da qoşulub. Futbolxeber.az-ın məlumatına görə, Fazil Mustafa maliyyə məsələsini həll etmədən “Qarabağ” adlı klubun yaradılmasından və indi də yaranan vəziyyətdən narazıdır. Deputatın sözlərinə görə, plansız şəkildə görülən bir işdən sonra Qarabağ adını gündəmə gətirib, maliyyə axtarmaq doğru deyil. Qarabağ adının təbliğat missiyasını yerinə yetirən klubumuzun olduğuna diqqət çəkən F.Mustafa real işlərin görülməsinin vacib olduğunu deyir: “Təşəbbüs yaxşıdır, amma inkanlar daxilində etmək lazımdır. Bu cür prosesə girən adam gərək gəlir-çıxarını hesablasın. Əgər AFFA-dan yardım gözləyirlərsə, bu, doğru deyil. AFFA bu gün diqqəti uşaq futboluna, Azərbaycan futboluna yönəltməlidir. “Bakı” futbol klubu ilə bağlı məsələ qaldırmışdıq ki, 300-dən çox uşaq artıq futboldan uzaqlaşa bilər. Kənarda hansısa təbliğat məqsədi ilə klub yaratmaq əvəzində ölkə futboluna diqqət ayırmaq lazımdır. Ağdamın “Qarabağ” futbol klubu ölkənin və Qarabağ adının təbliğat missiyasını öz üzərinə götürüb və bunu layiqincə də yerinə yetirir. Elə əlavə gücü bu kluba yönləndirib, Avropada daha böyük uğur qazanmasına yardım etmək və daha real işlər üzərində düşünmək lazmdır”.

Mənbə: musavat.com








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31