Ölkə futbolu
Sənan Şəfizadə: “O mənə tərif deməyi öyrətməyib”
ATV kanalının əməkdaşı, tanınmış jurnalist Sənan Şəfizadənin fevralın 14-də 32 yaşı tamam olub. Bu münasibətlə həmkarı Mehman Süleymanovun suallarını cavablandıran S. Şəfizadənin müsahibəsini təqdim edirik:
- Fevralın 14-də - Sevgililər Günündə ad günü keçirməyin özəlliyi nədir? Belə gündə özün əsas səbəbkar olduğundan, həyat yoldaşına ad günü hədiyyə almaqdan canını qurtara bilirsənmi?
- Fevralın 14-də ad günü keçirməyimə görə Allaha və valideynlərimə borcluyam. Özəlliyi odur ki, bayram bayrama qarışır. Üstəlik, fevralın 14-ü həm də Azərbaycan Televiziyasının ilk dəfə yayıma başladığı gündür. Uşaqlıqda bayram günündə ad günü keçirməyi xoşlayırdım, sanki hamı sənin ad gününü qeyd edir. Bayrama gəldikdə, həyat yoldaşıma hədiyyə almağı xoşlayıram, bu məsələnin ad günümə aidiyyatı yoxdur.
- Artıq 12-ci ildir çalışdığın ATV-də tanındın. Hərçənd, orada işə qəbul olunmaq üçün 8 ay gedib-gəlməli oldun. Belə çıxır ki, bu qədər müddəti gözləməyə dəyərmiş? Ümumiyyətlə, həmin 8 ay səni yormadı, ruhdan düşmədin, “bir daha gəlməyəcəyəm” deyə fikrə düşmədin ki?
- Doğma və sevimli ATV kanalına 2003-cü il oktyabrın 3-də həmkarım Rəşad Rafiqoğlu tərəfindən dəvət olunmuşam. O zaman "168 saat" qəzetində işləyirdim. Televiziyada müsabiqədən keçəndən sonra sınaq müddəti oldu. 8 ay sınaq iş prosesini öyrəndim, artıq tam hazır olduğum müddətdə ştatda yer olmadığı məlum oldu. Yayda imtahan verərək magistraturaya qəbul oldum. Düzünü desəm, ümid azalırdı. Artıq az-az gedirdim ATV-yə. Fikirləşirdim ki, daha getməsəm, yaxşıdır. 2004-cü ilin sentyabrında həmkarım İlkin Xəlilov (Ilkin Xalilov) zəng vuraraq ATV-yə çağırdı, dedi ki, gəl, vacibdir. O zaman "Xəbərlər" departamentinin rəhbəri İnqilab Məmmədovla görüşdüm. İnqlab müəllim dedi ki, hazırlaş, bizimlə işləyəcəksən. Bu sözlərdən sonra 19 yaşlı Sənan ATV-də idman xəbərlərinin aparıcısı oldu.
- Müxtəlif tədbirlərin aparıcısı kimi məşhurlaşmısan. Bunun tarixçəsi nədən başlayıb və aparıcı olmağın, məşhurlaşmağın həyatını necə dəyişdirib? Ən böyük arzun hansı yarışın, tədbirin aparıcısı olmaqdır?
- Oxuduğum 60 saylı orta məktəbdə "Bilik günü", "Son zəng", KVN, Novruz şənliklərində bir qayda olaraq aparıcılıq edirdim. Hətta bir dəfə məktəbə gələn Təhsil Nazirliyinin əməkdaşı məni göstərərək dedi ki, bu oğlan şer deməyi bacarmır, amma peşəkar aparıcıdır. ATV kanalının və orada çalışan dəyərləri insanların sayəsində aparıcılığa öyrəndim. Televiziyada işə başlayanda o vaxt "Son Xəbər"in aparıcısı Namiq Əliyev də köməyim olub. Sonralar rusiyalı məşhur aparıcı Aleksandr Zaqorskiylə bir dəfə eyni səhnəni bölüşdüm. Öyrənə-öyrənə sonda belə alındı. Düzü hələ də öyrənirəm. Daha yaxşı olmaq istərdim. İdman tədbirlərinə ilk dəfə AFFA tərəfindən dəvət oldu. Əvvəlcə Gəncədə "Top festivalı", sonra ölkə kubokunun finalı, sonralar güləş, cüdo, K-1, peşəkar boks, taekvondo, Azərbaycan millisinin oyunları, "Qarabağ", "Bakı", "Neftçi"nin matçlarında və digər yarışlarda aparıcı oldum. Sonralar idmandan kənar tədbirlərdə - məşhur şirkətlərin təqdimatları və bayram günlərində aparıcı kimi özümü doğrultmağa çalışdım. Arzum çoxdur. Fikrimcə, klublarımızın Çempionlar Liqasının qrup mərhələsində və ya Azərbaycan millisinin Avropa çempionatının matçlarında aparıcılıq etmək nəsib olsaydı, özümü xoşbəxt sayardım.
- Hesab edirəm ki, müdir baxımından bəxtin çox gətirib. Çünki İlkin Xəlilov kimi dəyərli insanla tanış olmusan, uzun illərdir birgə çalışırsan və sənə tanınmağına əngəl törətməyib. Hətta Xəlilov işçisinin ondan çox tanınmasına qısqanclıqla yanaşmır. İlkinin karyerandakı rolu nə dərəcədir?
- İlkin haqda danışmaq mənim üçün çətindir, həm də asan. ATV-də ilk iş günlərimdə rəhbərlik mənə görə İlkini danlayırdı, bu mənə pis təsir edirdi. Amma İlkin mənə şans verməkdə yorulmurdu. İlkin mənə qardaş qədər yaxındır. Bu tərif deyil, çünki, o mənə tərif deməyi öyrətməyib. Bəlkə də inanmayacaqsınız, amma onun xoş günü olanda özüm ondan çox sevinirəm. Kədərli nəsə olanda, bu mənə də təsir edir. Yadımdadır, İlkin qəzaya düşəndə onu xəstəxanada görəndə çox pis olmuşdum. Heç vaxt onu bu vəziyyətdə görməmişdim. Onun karyeramda rolu danılmazdır. 13 il birgə işləyirik, qismət olsun, bundan sonra da bir yerdə qocalaq.
- İdman mətbuatında “Torres” ləqəbiylə tanınırsan. Bunun tarixçəsini bilmək istərdim. Ümumiyyətlə, Torres kimi çağırılanda özünün dünya çempionu Karlos Alberto Torres kimi hiss edirsənmi?
- ATV-də təzə işə başlayanda Karlos Alberto Torres Azərbaycan millisinin baş məşqçisiydi. O zamanlar Torres çəkilişə getdiyim zaman tez-tez bizə eksklüziv müsahibələr verirdi. Ona görə zarafatcıl rejissorumuz Zahir və İlkin mənə də Torres deməyə başladı. Hər ikimiz qarabuğdayı idik. Əslində isə Torres dünya çempionu idi. Mən özümü onun kimi hiss edə bilmərəm. Onu da qeyd edim ki, xaricdə ezamiyyətdə olduğum zaman məni bir dəfə braziliyalıya, bir dəfə isə hindistanlıya bənzədiblər.
- Televiziyada idman aparıcıları arasında şərhçilər çox olsa da, səndə bu, təcrübə az olub. Səhv etmirəmsə, cəmi 1 dəfə - “İnter”lə “Birlik kuboku”nda. Özünü şərhçi kimi necə görürsən? Ümuniyyətlə, həmin turnir, Ermənistanın "Mika" klubu üzərində tarixi qələbənin də şərh etdiyin oyun haqda təəssüratlarını bölüşərdin.
- Azərbaycanda yalnız bir dəfə “Birlik kuboku”nda "İnter" iştirak edən zaman bütün oyunlar canlı yayımlanıb. Şərhçi kimi həmin turnirlə yanaşı, bir dəfə də “El-Klassiko”da özümü sınamışam. Həmkarım Elnur Əşrəfoğlu (Elnur Əşrəfoğlu) ATV-də olduğu vaxtlarda İspaniya Super Kubokunun oyunlarını canlı yayımladıq. "Real" və "Barselona"nın iki görüşünü Elnurla birgə aparmaq qismət oldu. "İnter"in Ermənistan komandası ilə görüşü ərəfəsində ölkədə böyük ajiotaj var idi. Tarixi qələbə ərəfəsində bütün gecəni düşünürdüm ki, birdən oyun istədiyimiz kimi olmasa, efirdə nə söyləyəcəm. O zaman efirdən əvvəl Bakıda olan həmkarım Altay Əliyevlə telefonla danışdım, onun məsləhətləri köməyim oldu. Şərhçi kimi özüm haqda heç nə deyə bilmərəm. Yenidən özümü sınamaq qismət olsa, o zaman tamaşaçılar fikrini bildirər.
- Şahmat üzrə kişilərdən ibarət yığmamız 2009-cu ildə Serbiyada Avropa çempionluğunu qazandığı yarışda Azərbaycandan yeganə jurnalist sən olmusan. Bu turnir, ümumiyyətlə, şahmata da bağlı olmağın sənə verdi? Həmin vaxt qaliblərdən biri olan Vüqar Həşimovun yoxluğu sənə necə təsir göstərir?
- 9 il əvvəl “Azerisport” idman portalıyla əməkdaşlığa başladım. O vaxt Vüqar Zeynalov bu sahədən yazmağı məsləhət gördü. Nəticədə şahmata çox bağlandım. Hətta əvvəllər milliylə səfərdə olmayanda darıxırdım. İlk çempionluq hər zaman ilkdir. Orada olan göz yaşları və müsahibələr heç vaxt unudulmayacaq. Millimizin hər bir üzvünün xətri mənim üçün əzizdir. Vüqar Həşimova gəldikdə, onun yoxluğuna inanmaq çətindir. Vüqar son dəfə danışanda müsahibə verəcəyini söz vermişdi. Qardaşı Sərxan dedi ki, yavaş-yavaş düzəlir. Sənə yaxşı müsahibə verəcək, ürəyi doludur. Onun yoxluğunu Qubada tədbirdə olanda öyrəndim, göz yaşlarımı güclə saxladım. Bəlkə də o qədər yaxın olmasaydıq, Vüqarın bizdən ayrılması mənə belə təsir etməzdi. Mənə elə gəlir ki, Azərbaycan millisi oynayanda Vüqar zalda olur və uşaqlara kömək edir. Bəlkə də bu ancaq mənə elə gəlir, amma belə düşünürəm.
- Bu qədər tədbirlərdə iştirak edirsən. Bunu necə çatdırırsan, enerji mənbəyin necə olur? Bir də ki məlumat bazanın həddən artıq genişdir, çox şeydən xəbərin olur. Bunun sirrini bölüşə bilərsən?
- Dostlarım çoxdur, inan ki, xəbər özü məni tapır. Mənə aid olmayan xəbər məni maraqlandırmır. Amma xəbər özü gəlib tapır məni. Bu, yaxşı hal deyil. Çünki, çox vaxt yaxşı məlumat olsa da, onu heç kimə deməməliyəm. Enerji mənbəyi ailəm, dostlarım, iş yoldaşlarım və azarkeşlərdir. İdman azarkeşlərsiz o qədər maraqlı deyil. Əslində, mən şou-biznesə o qədər yaxın deyiləm. Amma bilirəm ki, futbolla yaxından maraqlanırlar. Avrokubok matçlarında Səlim Abbasov, Aşıq Əli, Eldəniz Məmmədov stadionlarda olur. Vasif Məhərrəmli, Xatirəni "Qarabağ"ın matçlarında tez-tez görmüşəm. Bəhram Bağırzadə futbolu çox sevir. Cabir və Tahir İmanov qardaşları “Neftçi"nin oyunlarında olur. Şou-biznes nümayəndələri daha çox Yay Olimpiya Oyunlarıyla maraqlanır.
- İş qrafikinin sıxlığına görə şəxsi avtomobilinin olması yerinə düşərdi. Məncə, bahalı olmasa, hər halda maşın almağa imkanın da olar. Hələ də şəxsi avtomobilinin olmamağı nəylə bağlıdır: maşın sürməyə həvəsin yoxdur, sürə bilməyi bacarmırsan, yoxsa başqa səbəb var?
- Heç vaxt maşın sürməmişəm, deməli, bacarmıram. Amma görürəm ki, lazımdır. Telefonla çox danışıram, ona görə maşın sürmək mənə çətin olar. Yayda maşın almağı planlaşdırsam da, alınmadı. Düzünü deyim ki, ürəyim istəyən avtomobili almağa gücüm çatmaz. Dostlar sağ olsun, maşınımın olmamağını hiss etdirmir.
- Səhv etmirəmsə, idman mətbuatında yeganə fəlsəvə doktorusan (sənətşünaslıq üzrə). Bununla nə dərəcədə fəxr edirsən və bir gün səni elmin dalınca gedən insan kimi görə biləcəyikmi?
- Sənətşünaslıq üzrə fəlsəfə doktoruyam və fəxr edirəm ki, arzumu həyata keçirmişəm. Bu işdə müəllimlərim Sevil Sadıxova, Telman İbrahimov, Validə Məmmədova, mərhum Cəmilə Novruzovanın böyük dəstəyini hiss etmişəm. İndinin özündə də sənətşünaslıqla bağlı məqalələrim elmi jurnallarda dərc olunur. Qismət olsa, tezliklə dərs demək də istərdim.
- Sənə ən böyük arzum atalıq sevinci yaşamağındır. Artıq uzun müddətdir bu arzuyla yaşayırsan və bu yolu keçən insan kimi sənə qətiyyən ruhdan düşməməyi tövsiyə edirəm. Həmin günlə bağlı arzun necədir və ümumiyyətlə, Sənan özünü necə ata kimi təsəvvür edir?
- Hazırda ata olmaq mənə qəribə gəlir. İnsan əldə etmədiyi bir şey haqda danışmağa hər zaman qorxur. Çünki, bilmir necə olacaq. Bu sualın cavabını saxlayaq, inşallah, gələn ad günümdə ətraflı cavab verərəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Nuriyev Macarıstan klubunda
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Zirə”də gözlənilməz ayrılıq
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
12:00
“Çelsi” bu qapıçı üçün 60 milyon avro ödəməyə hazırdır
-
11:39
"Gəncə"də yeni müqavilə
-
11:14
Amerikalı hücumçu Azərbaycan klubunda
-
10:51
Həsən Zeynalov: “Voleybolda qazandığımız uğur bizi futbola gətirdi”
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
"LANDAU Lions" amerikalı legionerlə güclənib
-
09:45
“Sabahın Ulduzları”nda dəyişiklik: "Şəfa" getdi, bu komanda gəldi
-
23:33
Ehtiram Quliyev: "Daha güclü "Turan Tovuz" görəcəyik"
-
23:00
Sxadadze: "Yeni mövsümə heç 70 faiz də hazır deyilik"
-
21:56
Ehtiram Quliyev: “Keçmişdə nələrin baş verdiyi haqqında düşünmürük”
-
20:27
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
-
20:08
"Turan Tovuz" 2 milyon dollarlıq tərəfdaşlıq müqaviləsi imzaladı
-
19:44
“Karvan-Yevlax”dan yeni transfer
-
18:31
Kluyvertin oğlu “Barselona”da debüt etdi
-
18:15
"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
-
17:57
Zamiq Əliyev yenidən klubunun düşərgəsində
-
17:22
Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəlib
-
17:00
“Kəpəz” moldovalı yarımmüdafiəçi transfer edib
-
16:43
Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
16:16
“Gəncə”dən yeni transfer
-
15:58
I Liqada 2026/2027 mövsümünün püşkü atıldı VİDEO
-
15:24
Yunuszadə Türkiyə klubunda
-
15:01
II Liqa klubunda yeni qapıçı
-
14:39
"Karvan-Yevlax" iki futbolçu ilə vidalaşıb
-
14:15
Bakıda dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib
-
13:52
Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib
-
13:27
Xuraman Alimovanın yeni klubu bilindi
-
13:00
"Fiorentina" "Yuventus"un müdafiəçisini icarəyə götürdü
-
12:43
Ronaldo Azərbaycan klubundan ayrıldı
-
12:06
“Ayaks” Ter Ştegeni heyətinə qatdı
-
11:38
Miron Markeviç: "Qarabağ" mütləq məğlub etməli olduğumuz rəqibdir"
-
11:14
Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:29
"Real"ın hücumçusu İngiltərə klubunda
-
10:05
ABŞ klubu Axundzadənin müqaviləsindəki detalları açıqladı
-
09:47
“Yuventus” müdafiəçi transfer edir
-
00:32
Nəriman Axundzadə Türkiyə klubuna keçir
-
21:40
"Neftçi" ölkə çempionatının hazırlığına start verdi FOTOLENT
-
20:24
Şeydayevin yeni klubu müəyyənləşdi
-
20:09
"Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
-
19:52
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
-
18:36
"Neftçi"də yunan baş məşqçi vəzifəsinə təyin edib
-
18:17
Azərbaycan velosipedçisi Çində uğurlu nəticə göstərib
-
17:43
“Sumqayıt”da braziliyalı hücumçu
-
16:55
“Səbail” Rahid Əmirquliyevi transfer etdi
-
16:28
Konfrans Liqası: “Qarabağ”ın potensial rəqibi bilindi
-
16:21
“Zirə”də gözlənilməz ayrılıq
-
16:00
Lukaku “Napoli”ni tərk etməyə hazırlaşır
-
15:34
"Turan" Cənubi Koreya millisinin üzvünü heyətinə qatıb
-
15:19
“Milan” “Fənərbağça”nın təklifini geri çevirdi
05.08.2026
04.08.2026
03.08.2026























