20 Iyul 2025, Bazar günü
"Qarabağ" onunla yollarını ayırdı
“Sabah” Avroliqa ilə vidalaşdı
“Neftçi" "Hapoel"lə heç-heçə etdi
Sami Mmaee rəsmən “Qarabağ”da

Ölkə futbolu

"Sumqayıt" Antalyada təlim-məşq toplanışını davam etdirir

“Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, komanda bu gün qonşu ölkədə 2 məşqdən birini artıq başa vurub. Səhər saat 11:00-da start götürən hazırlıq prosesində komanda taktiki gedişlər üzərində çalışıb. Yüngül zədə alan Eltun Yaqublu kollektivdən ayrı çalışıb. Ardından "Sumqayıt" FK 3 qrupa bölünərək tenisbol oyunu ilə məşqi tamamlayıb. Komanda axşam saat 17:00-da ikinci məşqinə çıxacaq.

Xatırladaq ki, Samir Abasovun rəhbərlik etdiyi komanda sabah növbəti yoxlama oyununu keçirəcək. "Sumqayıt" FK Rumıniya klubu “Voluntari” ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək (klub saytı).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31