Ölkə futbolu
Mehman Allahverdiyev: “Məni oynadığım futbol bu səviyyəyə gətirib çıxarıb”
Bu gün “Kəpəz”in icraçı direktoru Mehman Allahverdiyevin doğum günüdür. Futbolxeber.az-ın məlumatına görə, doğum günü ilə bağlı kapazpfc.az saytı Mehman Allahverdiyevdən müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:
- Mehman müəllim, sizi təbrik edirik...
- Təbrikə görə təşəkkürümü bildirirəm. Yeni ilin başlanğıcında ad günümü qeyd edirəm. Ötən il yadda qalan oldu. Doğma komandamız yenidən Premyer Liqaya qayıtdı. Bizim üçün sevindirici haldı. Çempionatın ilk yarısını da komandamız uğurlu çıxış etdi. Demək, geridə qoyduğum bu bir ildən razı qala bilərəm. Ümumiyyətlə, illər tez-tez keçir. Adama elə gəlir ki, dünənə kimi futbol oynamışam. “Kəpəz” və “Neftçi”də oynadığım illər gözümün qabağından gəlib keçir. Gəncə klubunun baş məşqçisi kimi əldə etdiyim uğurların, çempionluqların, kubokların hamısı sanki dünən olub. Həyatdı, yaşayırıq. Komandamızın yenidən nailiyyətlər qazanacağına inanırıq. “Kəpəz”ə qələbələr yaraşır.
- Yeni ilin ilk günü qardaşınız Füzuli Allahverdiyevin, köhnə Yeni ildə də sizin doğum gününüzdür...
- Ailədə dörd qardaşdan biz ikimiz futbolçu olduq. O biri qardaşlarım da futbol oynayırdı. Yeni və köhnə Yeni il bizim üçün düşərli oldu. Füzuli ilə mən ölkə futboluna xeyir verən insanlardan olduq. Futbolla Azərbaycan bayrağını xaricdə dalğalandırdıq. Ölkəni təmsil etmək, onu tanıtmaq hər bir vətəndaşın arzusudur. Uzun illər öncə vəzifəli şəxslərdən biri ilə görüşürdük. Söhbət əsnasında “Mehman, sən xoşbəxt insanlardan birisən” dedi. Bunu onunla izah etdi ki, böyük vəzifəsi olmasına baxmayaraq, yalnız şəhər daxilində tanınır, amma Mehman Allahverdiyev adı bütün SSRİ-yə tanışdı. Bu, futbolun sayəsində mümkün olub. Biz oynadığımız dövrlərdə futbol tamam başqa idi. Hamı futbolçularla oturub-durmağa can atırdı. “Neftçi”də oynadığım vaxtlarda Gəncəyə gələndə azarkeşlər məndən əl çəkmirdilər, hamısı görüşməyə çalışırdı. Bütün bunlar futbola görə idi.
- Bir sözlə, futbol sizə şan-şöhrət qazandırıb....
- Bəli, elə mən də onu demək istəyirəm. Zeynəb Xanlarovanın bir mahnısı var, orada “Dünyanın xoşbəxti mənəm dünyada” deyilir. Doğrudan da, futbolçular hamıdan xoşbəxtdirlər, çünki digər idmançılardan daha çox tanınırlar. Bu, futbola dəstəyin, marağın çox olmasından irəli gəlir. Yaşa dolduqca təhlil aparmaq həm asanlaşır, həm də çətinləşir.
- Futbola futbolçu və məşqçi kimi xidmət etmisiz. İndi isə klubun rəsmisisiz. Özünüzü hansında daha rahat hiss etmisiz?
- İcraçı direktor kimi məsuliyyət daha çoxdur. 10 il baş məşqçi işləmişəm. Bu vəzifənin də ağırlığı var. Belə bir söz var, uduzanda baş məşqçi uduzur, udanda komanda. Açıq deyəcəyəm, futbolçu vaxtlarım mənim üçün daha gözəl günlərlə yadda qalıb. Futbolçu həyatı tamam başqadır. Düzdü, hər şeyin öz dövrü, gözəlliyi var. Amma futbol oynadığım vaxtlar yaddaşımda daha çox xoş xatirələr, izlər qoyub. Mən həm futbolçu, həm də məşqçi kimi öz sözümü demişəm. SSRİ-nin ən güclü şərhçisi olmuş Nikolay Ozerov televiziyadan haqqımda xoş sözlər deyirdi və bu mənə ləzzət edirdi. İnanın, heç nə gözümə görünmürdü, əməyimə sözlərlə verilən qiymət məni xoşbəxt edirdi. Məni oynadığım futbol bu səviyyəyə gətirib çıxarıb.
- Hamının fikri yenidən “Kəpəz”ə yönəlib. Uğur qazanmaq üçün səylər birləşdirilib. Rəhbərlik də məşqçilər korpusu və futbolçular kimi komandanın uğurlu çıxışına çalışır.
- İlk iki dövrədə “Kəpəz” gözlədiyimizdən də yaxşı nəticə göstərdi. Baş məşqçimiz Şahin Diniyevin yaxşı bir sözü var. Uğurlu çıxışımızda hamının əmək sahibi olduğunu bildirir. Şahin müəllim gözəl kollektiv yaradıb. Komandanın içində nizam-intizam yüksək səviyyədədir, xoş ab-hava hökm sürür. Mən “Kəpəz”dən çox şey gözləyirəm. Düzdü, futbolda nəticə qazanmaq indi həm də maliyyədən, büdcədən asılıdır. Bununla belə, inanıram ki, futbolçular uğur qazanmaq üçün əllərindən gələni edəcəklər. Ümidlə yaşamaq lazımdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























