25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Bolqarıstanla oyunun ən yaxşısı: “Sloveniyanı da məğlub etməliyik”

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII beynəlxalq turnirdə Azərbaycan millisi ikinci oyununda Bolqarıstanı 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra təşkilatçılar komandamızın heyətində ən yaxşı oyunçu kimi Mətin Gülər fərqləndiriblər.

Matçda hesabı açan futbolçu Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşına müsahibəsində ilk öncə görüşlə bağlı fikirlərini açıqlayıb: “Oyuna yaxşı başlamadım. Bir neçə epizodda səhv etdim. Komandamızın müdafiəsində hər şey qaydasında idi. Rəqibi də yaxşı analiz etmişdik. Fasilədə baş məşqçimiz bizimlə danışdı. Qol vurduğuma görə çox sevindim. Komandamı hesabda önə keçirməyim ürəyimcə oldu”.

Gənc futbolçu bildirib ki, oyunun ən yaxşı seçilməsi onun üçün gözlənilməz olub: “Görüşün ən yaxşısı olacağımı gözləmirdim. Çünki dediyim kimi, oyuna yaxşı başlamamışdım. Yalnız fasilədən sonra yaxşı çıxış etdim. Məncə matçın ən yaxşısı adına sonradan meydana daxil olan Murat Cem Akpınar daha layiq idi”.

Mətin Gülər qrup mərhələsinin son turunda qarşılaşacaqları Sloveniya ilə oyunla bağlı bunları söyləyib: “Hazırda Sloveniya top fərqinə görə bizi qabaqlayır və qrupun lideridi. Bu səbəbdən mütləq onları məğlub etməliyik. Onları da analiz edəcəyik. Eləcə də bugünki matçda buraxdığımız səhvlər üzərində çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, eyni səhvləri daha təkrarlamayaq”.

“Beşiktaş”ın formasını geyən Gülər Azərbaycan yığmasına gəlişindən də söz açıb: “Daha əvvəl klubumla “IBA Cup” turnirində çıxış etmək üçün Bakıya gəlmişdim. Orada çempion olmuşduq. Həmin vaxt Təbriz müəllim (Təbriz Həsənov-red.) çıxışımı bəyəndi və Azərbaycan millisinə dəvət etdi. Birinci gündən burada bizi yaxşı qarşıladılar. Azərbaycan millisində olmaqdan məmnunam. Məni komandada hər şey qane edir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31