25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

Müasir texnologiya Tofiq Bəhramovun qərarını haqlı çıxardı

Britaniyanın  "Sky Sports" kanalı İngiltərə yığmasının dünya çempionluğunun 50 illiyinə həsr olunmuş 50 saatlıq layihəni təqdim edib. Futbolxeber.az-ın dsport.az-a istinadən verdiyi məlumata görə, 1966-cı ildə "Uembli" stadionunda keçirilmiş final matçında ingilislər Almaniya Federativ Respublikasını əlavə vaxtda 4-2 hesabı ilə məğlub etmişdi.

Oyun Ceffri Herstin xet-triki ilə yadda qalıb. Lakin bu günə qədər unudulmayan və mübahisə mövzusuna çevrilən məqam hesab bərabər olarkən vurulan qoldu.

Əlavə vaxtın 11-ci dəqiqəsində Herstin zərbəsindən sonra top tirin aşağı hissəsinə düşdü. Görüşün baş hakimi Qotfrid Dinst şübhələnərək yan xətti hakimi Tofiq Bəhramova müraciət etmişdi. Həmyerlimiz isə qətiyyətlə topun qapı xəttini keçdiyini bildirmişdi.

Bütün dünyada azarkeşlər indiyədək bu mübahisəli epizod barədə danışırlar. Nəhayət ki, həmin məqama aydınlıq gəlib. "Sky Sports" müasir texnologiyaların köməyilə topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirib.

Kanalın daimi ekspertləri Ceymi Karrager və Ed Çemberlen epizodu dəqiqliyinə qədər təhlil ediblər. Müasir texnologiya ilə aparılan araşdırma Tofiq Bəhramovu haqlı çıxarıb.

Ceymi Karrager: "Texnologiya vasitəsilə birdəfəlik sübuta yetirdik ki, həmin epizodda top qapı xəttini keçib. Bu isə o deməkdi ki, laynsman Tofiq Bəhramovun qərarı doğrudu. Almanlar həmin qolla bağlı bir daha şikayətlənə bilməzlər".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31