1 Iyun 2025, Bazar günü
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

“Zirə”nin qış hazırlıq planı məlum oldu

Topaz Premyer Liqasında qış fasiləsinə 3-cü yerdə çıxan “Zirə”nin hazrlıq planı məlum olub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda yanvar ayının 5-də Bakıda bir araya gələcək. 4 gün Zirə İdman Kompleksində gündə bir dəfə olmaqla məşq edəcək komanda, təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Qardaş ölkədəki hazılıq mərhələsinin ilk həftəsində komanda fiziki hazırlıq üzərində çalışacaq. Növbəti həftədə isə baş məşqçi Adil Şükürov ümumi texniki-taktiki hazırlığa üstünlük verəcək və komanda yoxlama oyunlarında qüvvəsini sınayacaq. Antalyada “Zirə” 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 16, 19 və 22 yanvarda baş tutacaq. Rəqiblərin adı isə yaxın günlərdə məlum olacaq.

Bu arada qarşılıqlı razılığa əsasən müdafiəçi Eltun Hüseynov komanda ilə yollarını ayırıb.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30