Ölkə futbolu
Devalvasiya Azərbaycan futboluna necə təsir edəcək? - ARAŞDIRMA
Artıq bir müddətdir ki, futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublardan çoxu maliyyə problemləri yaşayır. "Report"un məlumatına görə, pulsuzluq ucbatından dağılan Zaqatalanın "Simurq", uzun müddət sponsor məsələsindən əziyyət çəkən "İnter" və əvvəlki büdcəyə sahib olmayan "Neftçi", AZAL və "Xəzər Lənkəran"ın vəziyyəti göz qabağındadır.
Ekspertlərin və mütəxəssislərin sözlərinə görə, son günlər dolların manata nisbətdə dəyərinin qalxması da Azərbaycan futboluna təsirsiz ötüşməyəcək. Buna səbəb klubların transfer və bir çox digər əməliyyatlarını xarici valyuta ilə həyata keçirməsidir.
Nəticədə devalvasiya komandaların xərclərinin artmasına gətirib çıxarır. Təbii ki, bu amil, əsasən, əcnəbi futbolçu və məşqçi cəlb edən komandalara mənfi təsir edəcək. Artıq komandalar bununla bağlı hər hansı addım atmağı planlaşdırır. Elitada çıxış edən klubların devalvasiyaya münasibəti, bununla bağlı hansı addımlar atacağı böyük maraqla gözlənilir. Çünki hər hansı komandanın öz legionerlərindən bir və ya bir neçəsi ilə sırf bu məqsədlə yollarını ayırması təəccübləndirici olmaz. "Report" mövzu ilə bağlı klub rəhbərləri arasında sorğu keçirib.
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl futbolçularla olan müqavilələrin maliyyə tərəfləri barədə çox danışmaq istəməsə də, devalvasiyanın bütün biznes strukturları kimi, kluba da təsirini göstərəcəyini deyib: "Amma vəziyyətdən minimum itki ilə çıxmaq üçün mümkün olanı edəcəyik. Bu məqsədlə futbolçularla da danışacağıq".
"Qəbələ"nin baş meneceri Zaur Əzizov bildirib ki, devalvasiya yalnız futbolçu müqavilələrinə deyil, təlim-məşq toplanışı, idman inventarları, tibbi ləvazimatların alınması və bir çox digər məsələlərə təsirini göstərəcək: "İndiki halda nə dərəcədə təsir etmə ilə bağlı hər hansı fikir söyləyə bilməyəcəyəm. Yəqin ki, yaxın günlərdə bununla bağlı hər hansı göstəriş verilsə, dəqiq bilinəcək. Futbolçulara gəlincə, tək bizdə yox, istənilən çempionatdakı klubda xarici futbolçular azlıq təşkil etmir. Onlar bura manat qazanmağa gəlmir və öz ölkələrində də manat xərcləmirlər. Başa düşmək başqadır, amma başa düşüb nə edə bilərlər, əsas məsələ budur".
"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov təmsil etdiyi klubun öz xərclərinin yeni iqtisadi şərtlərə uyğunlaşması istiqamətində işlədiyini söyləyib: "Son dövrlər dünya bazarında neftin qiymətinin üç qat aşağı düşdüyünü nəzərə alsaq, manatın son bir ildə 98% devalvasiyasını təbii proses kimi qiymətləndirə bilərik. Hazırda “Neftçi” öz xərclərinin yeni iqtisadi şərtlərə uyğunlaşması istiqamətində işləyir. Ümumiyyətlə, bu durum əcnəbi oyunçuların çoxluq təşkil etdiyi bütün klublara təsir edəcək".
İqtisadçı-ekspert Vüqar Bayramov isə devalvasiyanın futbolçu alqı-satqısı ilə məşğul olan klublara ciddi təsir etməyəcəyini bildirib: "Bu məsələ yalnız idman sahəsinə deyil, xaricdən işçi dəvət edən, xarici şirkətlərlə əməkdaşlıq edənlərə də təsir edəcək. Əcnəbi futbolçularla danışıqlar avro və ya dollarla aparılır. Ancaq komandanın gəlirləri manatladır. Bura bilet satışı, yayım haqqı və digər gəlirlər daxildir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, futbolçuların transferləri də xarici valyuta ilə həyata keçirilir. Klub aldığı futbolçunu uyğun qiymətə sata bilirsə, həmin klubun itirmə imkanları xeyli daralır. Bu da riskləri məhdudlaşdırmaq imkanı yaradır. Bu səbəbdən düşünmürəm ki, idman klubları üçün ciddi bir itki olacaq. Çünki onların transfer imkanları genişdir".
V.Bayramovun fikrincə, devalvasiya əsasən daim futbolçu alıb, onları satmayan klublara təsir göstərəcək. Ekspert vəziyyətdən çıxış yollarını da açıqlayıb: "Klublar özəl sahə olduğu üçün indiki zamanda kompensasiya imkanları xeyli məhduddur. İdmanın inkişafı baxımından dolayı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var. Burada xüsusi güzəştlərin tətbiqi, xərclərin bir hissəsinin kompensasiya edilməsi, eləcə də gəlir vergisi ilə bağlı güzəştlərin edilməsi mümkündür. Bu da imkan verə bilər ki, transfer edən, amma öz futbolçularını az satan komanda üçün mövcud riskləri sığortalamaq mümkün olsun. Azərbaycan futbolunda kənar gəlir çox deyil. Əsas gəlir mənbəyi sponsordur. Daha məqsədəuyğundur ki, iş adamlarını da sponsorluqda maraqlı etmək üçün bu tip qaydalar həyata keçirilsin. Vergi güzəştləri tətbiq edilə bilər. Nəzərə alsaq ki, cəlb olunan futbolçuların gəlirləri yüksəkdir, gəlir vergisində də güzəşt etmək olar. Belə olan halda da klub xərclərə qənaət etmiş olur. Devalvasiya öhdəliyi dollarla, gəliri manatla olan klublara mənfi təsir edəcək. Ancaq gəlir və xərci manatla olanlara təsir etməyəcək. Burada xüsusən, borclanmadan söhbət gedir. Xarici borclar yerli valyuta ilədirsə, təsir etməyəcək".
Göründüyü kimi, vəziyyətdən çıxış üçün komandalar hər hansı addım atacaqlarını, iqtisadçı-ekspert isə həmin addımın nədən ibarət ola biləcəyini söyləyir. Qalan tək məsələ vəziyyətdən minimum itki və ya ümumiyyətlə itkisiz çıxmaqdır. Əks təqdirdə, daha bir neçə klubun yaşamaq uğrunda mübarizədə aciz qalaraq dağılmasına şahidlik edəcəyimiz istisna deyil...
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
21.09.2026
20.09.2026
























