Ölkə futbolu
Tuyqun Nadirov: “Xəzər Lənkəran”ın məqsədi kuboku qazanıb, Avroliqaya yollanmaqdı”
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun Futbolxeber.az saytına müsahibəsi
- Klublar Komitəsinə daha rəhbərlik etmək istədiyinizi bildirdiniz. Seçkiyə qatılmamağınızın səbəbi nədir?
- Klublar Komitəsinin rəhbəri kimi 1 il fəaliyyət göstərdim. Bu dəfə seçkidə iştirak etmək istəmirdim. Ona görə də məndən başqa 9 nəfərdən hər biri quruma rəhbər seçilə bilərdi. Yekunda da komitəyə Fikrət Hüseynov sədr seçildi. Amma yenə də Klublar Komitəsinin sədrinə dəstək olacağam. Burda iştirak edən hər bir şəxs bu yerə layiqdi. Düzgün addım atdığımı hesab edirəm. Geridə qalan 1 il ərzində xeyli iş gördük. Yayım hüququ, sponsorluq məsələsi, yaş limiti və s. təkliflərlə çıxış etdik. İcraiyyə Komitəsinə müəyyən məsələlə görə müraciət etdik. İstəklərimizin bir çoxu da həyata keçdi. Klublar Komitəsinin ən böyük uğuru AFFA, PFL-lə klublar arasında əlaqəni gücləndirmək oldu.
- Bugünki iclasda hansı məsələlər müzakirə olundu?
- Bu gün 5 məsələ haqda danışdıq. İşimiz təkcə komitəyə yeni rəhbər seçmək deyildi (gülür). Qərara gəldik ki, İcraiyə Komitəsinə müraciət edək ki, gənc futbolçularla bağlı Premyer Liqada tətbiq olunan limit yenə də qüvvədə qalsın.
- “Xəzər Lənkəran”da son vəziyyət necədir?
- Komanda haqda mətbuatda müxtəlif fikirlər, cürbəcür iddialar səslənir. Klubun taleyini hərə bir cür yazmaq istəyir. Amma unudurlar ki, “Xəzər Lənkəran”ı yaradan, kluba sərmayə buraxan şəxs Mübariz Mənsimovdu. “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırmaq ehtimalı yoxdu. Çünki bu komandanın borcu yoxdu, infrastrukturu var. “Xəzər Lənkəran” bəlkə də, Azərbaycanda hazırda yeganə klubdu ki, öz futbolarını yetişdirib, əsas heyətdə oynadır. Bu gün Azərbaycanın bütün yaş qrupu üzrə millilərində “Xəzər Lənkəran”ın yetirmələri var. Əcnəbi gəlib oynayıb, gedəcək. Onun nə xeyri olacaq futbolumuza? Komandanın bu il məqsədi ölkə kubokunu qazanıb, Avropa Liqasına vəsiqə qazanmaqdı. Aşağı yaş qrupu komandalarımız öz yaşıdları arasında iddialıdılar. Kluba heç bir məhdudiyyət qoyulmayıb. Baş məşqçi, onun köməkçilər öz vəzifəsindədi. Təlim-məşq toplantımız baş məşqçinin istədiyi yerdə keçiriləcək. Rəhbərlik Yunis Hüseynova tam dəstəkdi. Qarşıdakı günlərdə geniş toplantımız olacaq. Komandanın hansı formatda fəaliyyətini davam etdirəcəyinə orda qərar veriləcək. Məni hazırda “Xəzər Lənkəran”ın yaşaması maraqlandırır, neçənci yeri tutması yox.
- Qeyd etdiniz ki, komandanın məqsədi kuboku qazanıb, Avroliqaya vəsiqə qazanmaqdı. Rəhbərlik bunun üçün lazım olan maliyyəni ayıracaq?
- Baş məşqçiyə rəhbərlik tərəfindən bütün şərait yaradılacaq. Məşqçi heyəti ona ayrılmış büdcəyə uyğun transferlər edib, üçüncü dövrəyə hazırlaşacaq. Hansı formatda fəaliyyət göstərəcəyimizi yanvarın ilk günlərindən biləcəksiniz. Klub prezidentinin də iştirakı ilə toplantımız olacaq və hər şeyə orda aydınlıq gələcək.
- Yəni, “Xəzər Lənkəran” qışdan sonra yenə iddialı olacaq?
- “Xəzər Lənkəran” həmişə iddialı olub. Mövsümün birinci yarısında uğursuz çıxış etməyimizin səbəbi transfer qadağası idi.
- Devalvasiya “Xəzər Lənkəran”ın işlərini daha da çətinləşdirməyəcək ki?
- Desəm ki, devalvasiyanın bizə təsiri olmayacaq, yalan olar. Klubun işçilərinin hamısı manatla maaş alır. Amma bu, tək “Xəzər Lənkəran”ın problemi deyil.
- Sadio Tounkaranın FİFA-ya şikayət edəcəyi bildirilir. Bu, komandanın yenidən sanksiyaya məruz qalmasına gətirib çıxara bilər?
- Tounkara niyə şikayət etməlidi? Onunla qarşılıqlı razılıqla müqaviləyə xitam verilib. Son dönəmdə ayrılan futbolçuların hamısı ilə müqavilə qarşılıqlı anlaşma ilə pozulub. Belə vəziyyətdə hansı şikayətdən söhbət gedə bilər? Hazırda 1-2 futbolçu ilə bağlı problemimiz var.
- Eder Bonfim və Alfred Sankoya olan borclar ilin sonuna qədər ödənilməli idi...
- Biz bu futbolçularla müqaviləni qarşılıqlı razılıqla pozmadığımız üçün münasibətlərimizə FİFA-da aydınlıq gətirməyə başladıq. Təəssüf ki, işə baxan hakim FİFPRO-nun sədridi. Aydın məsələdir ki, o da futbolçuların tərəfini tutur. Biz də müvafiq orqanlara şikayət etdik ki, bu məsələlərə ədalətli baxılsın. Elə futbolçu var ki, 200 minlik iddia qaldırmışdı. Sanko ilə bağlı isə FİFA bizim xeyrimizə qərar çıxarmışdı. Biz onu uduzmadıq. Sanko 200 minlik iddia etmişdi, FİFA onu 19 minə saldı. Bizim verəcəyimiz də elə 19 min idi. Hazırda Renato Moreyra, Eder Bonfim və Qalin İvanova görə bizim məsuliyyətimiz var.
- Hazırda “Xəzər Lənkəran”ın futbolçulara borcu var?
- Komandada olan futbolçuların noyabr ayı üçün maaşlar ödənilib. Yollarımızı ayırdığımız futbolçularla da qarşılıqlı şəkildə anlaşmışıq. Hazırda heç kimə borcumuz yoxdu, bununla bağlı qol çəkilmiş sənəd var. Maaşda 1-2 aya yaxın gecikmələr olur. Gecikmələr sentyabrdan sonra yaranmağa başlayıb. Əsas odu ki, maaşlar ödənilir.
- Amma Rahid Əmirquliyev və digər oyunçular 9 aydı maaş almadıqlarını deyiblər...
- Rahid heç vaxt belə deyə bilməz. Həm onunla, həm də digərləri ilə qarşılıqlı şəkildə müqaviləyə xitam verilib. Heç birinə borcumuz yoxdu. Bunu sübut etməyə də hazıram. Çağırın Rahidi mətbuat konfransına, sübut edim. O heç vaxt deməz ki, “Xəzər Lənkəran”ın mənə borcu var”. Üstəlik, Əmirquliyev o kateqoriyada insan da deyil ki, yalandan nəsə desin. Onun 17 yaşında komandaya gəlişində birbaşa iştirak etmişəm. “Xəzər Lənkəran”ın uğurlarında onun çox böyük rolu olub. Gənc futbolçuların yetişməsinə töhfə verib. Bu komandanı yığmada yüksək səviyyədə təmsil edib, onunla qürur duymuşuq. Hətta klub prezidentinin tapşırığı ilə Rahidin nömrəsi əbədiləşdirilib. Bu da Azərbaycanda bir ilkdi, örnəkdi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























