3 Dekabr 2024, Çərşənbə axşamı
Elmar Baxşıyevdən qələbə şərhi
Redon Cica “Qarabağ”dan ayrılır?
Millimiz Kiprə də məğlub oldu
“Neftçi” “Qarabağ”la bacarmadı

Ölkə futbolu

AZAL-ın planları açıqlandı

“Zirə” ilə oyundan sonra istirahətə yollanan AZAL-da qış hazırlıq planları dəqiqləşib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Tərlan Əhmədov hazırlıq proqramını dünən rəhbərliyə təqdim edib.

3 mərhələdən ibarət təlim proqramına əsasən məşqlər gələn il yanvarın 5-də bərpa olunacaq. İlk gündə tibbi baxışdan keçiriləcək komandanın üzvləri ayın 6-da meydançaya çıxacaq. Birinci mərhələ yanvarın 10-da yoldaşlıq görüşü ilə yekunlaşacaq. 11-24 yanvar aralığında isə növbəti təlim-məşq toplanışına start veriləcək.

Bu müddət ərzində məşqlərlə yanaşı ən azı 4 yoxlama oyunu da keçiriləcək. Artıq rəqiblərin axtarışına başlanılıb. Çox güman AZAL hazırlıq dövründə ölkə xaricinə yollanmayacaq “Kəpəz”lə iki oyunda üz-üzə gələcək. Klublar arasında ilkin danışıqlar aparılır və bunun nəticəsindən asılı olaraq oyun tarixləri müəyyənləşəcək. Əgər “Sumqayıt” və “Rəvan” kimi elita klubları da Bakıda qalsa, onda bu sınaqçı-rəqiblərə də müraciət olunacaq.





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31