26 Yanvar 2026, Bazar ertəsi
U-21 millimizin üzvü “Səbail”də
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də
“Qarabağ” Liverpula yollanır
Millimiz Danimarkaya qalib gəldi

Ölkə futbolu

Bakı "İnter"inin futbolçusu Azərbaycan vətəndaşlığından imtina edir

Bakının "İnter" komandasının futbolçusu Abdulla Abatsiyev Azərbaycan vətəndaşlığından imtina qərarına gəlib. Bu barədə "Report"a klubun baş məşqçisi Zaur Svanadze məlumat verib.

Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi yenidən Rusiya vətəndaşlığını qəbul etmək niyyətindədir. Svanadze bildirib ki, Abatsiyev qonşu ölkə çempionatında oynaya bilməkdən ötrü bu addımı atıb: "Rusiyada legionerlərin oynamasında ciddi məhdudiyyətlər var. Əsas heyətə düşməkdə çətinlik çəkməməkdən ötrü Abatsiyev vətəndaşlığını dəyişmək qərarına gəlib. Amma keçəcəyi klubun adını bilmirik".

Qeyd edək ki, Abdulla Abatsiyev Şimali Osetiyanın paytaxtı Vladiqafqazda doğulub. O, Azərbaycana 2011-ci ildə gəlib. Abatsiyev bir il "Sumqayıt"da çıxış etdikdən sonra "İnter"ə keçib. 2013-cü ildən etibarən gənc futbolçu Azərbaycanın 21 yaşadək və əsas yığmalarına cəlb olunub.      








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31