Ölkə futbolu
Qurban Qurbanov: “Rahid Əmirquliyev “Qarabağ”a gəlsə...”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qol.az saytına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubunun çalışdırıcısı ilk olaraq 6-cı dəfə ilin ən yaxşı məşqçisi seçilməsinə görə jurnalistlərə təşəkkürünü bildirib.
- Bu adı qazanmaq çox gözəl hissdir. Hər dəfə bu mükafata layiq görüldükdə mənim də məsuliyyətim artır. Düşünürəm ki, bundan sonra işimə əvvəlkindən çox diqqət ayırmalıyam. Görünür, hər bir idman jurnalisti futbolçuların və məşqçilərin işinə dəyər verir. Altıncı dəfə bu mükafata sahib olmağım mənim üçün gözlənilməzdir. Mənə səs verən hər bir jurnalistə təşəkkür edirəm”.
- “Qarabağ” azarkeşləri bu mövsüm komandanızdan hansı nəticələri gözləsin?
- Ümumiyyətlə, “Qarabağ” bir klub olaraq hər zaman qarşısına uğur qazanmaq üçün məqsəd qoyub. Biz hər mövsüm çempion olmaq, kubok qazanmaq üçün mübarizə aparırıq. Bilirik ki, azarkeşlərimiz də bizdən bunu gözləyir. Hamıya məlumdur ki, “Qarabağ” məğlub olduğu qarşılaşmalarda belə yaxşı oyun göstərməyə çalışır. Belə davam etsək, daha çox uğur qazanacağıq. Qarşıdan çempionatda qısa fasilə gəlir. Çalışacağıq ki, hazırlaşıb, Premyer Liqadakı vəziyyətimizi daha da yaxşılaşdıraq.
- Rahid Əmirquliyevin “Qarabağ”la müqavilə imzaladığı ilə bağlı xəbərlər yayılır.
- Rahid kimi bir futbolçunu komandamda görməyə şad olaram. Amma onun adı başqa klublarla da hallanır. Birinci gündən transferlərlə bağlı məsələ ilə tam məşğul olmağa başlayacağıq.
- Amma Rahidin oynadığı mövqedə komandanızda dörd futbolçu var.
- Bizə bir mövqedə eyni səviyyədə olan ən azı iki oyunçu lazımdır. Çünki futbolçu fiziki və psixoloji yorğun olanda, oyunumuz alınmayanda onu ürəyimizcə olan oyunçu ilə əvəzləmək istəyirik. Rahid “Qarabağ”a gəlsə, onun mövqeyində oynayan futbolçular üçün də faydalı olacaq, aralarında rəqabət güclənəcək.
- Digər mövqelərdə də komandanıza yeni futbolçular cəlb etmək istəyirsinizmi?
- Bu gün üçün komandadan gedən yoxdur. Amma ola bilər ki, bir neçə futbolçu ilə qarşılıqlı razılaşma ilə yollarımızı ayıraq. Danışıqlar apardığımız futbolçular da var. Onlarla razılıq əldə olunsa, məmnun olardım. Çünki komandamızda bir neçə futbolçunun həm təcrübə toplamasına , həm də mövqelərdə yerdəyişmə etməyə ehtiyyac var. Hər zaman qeyd etmişəm ki, “Qarabağ”da nə qədər futbolçuların sayı çox olsa, bizim üçün də seçim etmək bir o qədər asan olacaq. Təəssüf ki, bəzən biz istədiyimiz futbolçuları əldə edə bilmirik. Çünki bizdən aslı olmayan səbəblər var.
- Hansı mövqeni daha çox gücləndirməyi düşünürsünüz?
- Sözün düzü, istərdim ki, bütün mövqelərə ən azından bir güclü futbolçu cəlb edək.
- Hücum xəttində necə, dəyişiklik etmək istəyirsiniz?
- İstərdim ki, komandamıza bir yox, bir neçə ustalıq səviyyəsi daha yuxarı olan hücumçu cəlb edək. Amma “Qarabağ”dakı futbolçuların heç birindən narazı deyiləm. Onlar bəlkə də bəzi vaxtlarda potensiallarından daha artığını etməyə çalışan oyunçulardır.
- “Qarabağ”ın heyəti bu mövsüm olduğu qədər futbolçularla zəngin olmamışdı. Avropa Liqasında və daxili çempionatda tez-tez dəyişikliklər edə bildiniz. Bu sistem komandanız üçün hansı nəticələri verdi?
- Dediyiniz kimi heyətimiz geniş oldu. Əvvəllər Avroliqa oyunlarından sonra komandamızı tənqid edirdilər ki, çempionatda xal itiririk. Amma ötən mövsüm və cari çempionatda bu hallar az oldu. Çünki heyətdə düşünmədən, rahat dəyişiklik edə bildik. Amma yenə də gördünüz ki, bu qədər futbolçu olmağına baxmayaraq, problemlərimiz oldu. Çumbinyonun, Reynaldonun, Alharbinin zədələnməsi bizə problemlər yaşatdı. Ona görə də futbolçuların çox olması uğur əldə etmək istəyən klub üçün vacibdir.
- Reynaldonun son durumu necədir?
- Hər şey qaydasındadır. Düşündüyümüzdən daha uğurlu əməliyyat alınıb. Brazilyada öz həkimi ilə fərdi məşqlərə başlayıb. Düşünürəm ki, ən geci yanvarın 15-i komanda ilə məşqlərə başlayacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
21.09.2026
20.09.2026
























