Ölkə futbolu
Arif Daşdəmirov: "Çempion olmaq istəyiriksə..."
“Avropa Liqasında mövsüm çox ugurlu oldu. “Qəbələ”nin qrupa düsməsi böyük nailiyyətdir. Bunun təsadüfi olmadığını əsas mərhələdə sübut etməyə çalışdıq. Komandamızın qrup iştirakçısı olması təsnifat mərhələsində göstərdiyi əzmkar oyununun nəticəsi idi”. Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri “Qəbələ İK” qəzetinə açıqlamasında komandanın müdafiəçisi Arif Daşdəmirov deyib.
Təcrübəli futbolçu Avropa Liqasının 2015/16 mövsümündə çıxışını başa vuran “Qəbələ”nin çıxışını dəyərləndirib.
Arifin fikrincə, əksər oyunlarda yaxşı təsir bağışlayan komanda qrup mərhələsində daha çox xal toplaya bilərdi. O, hər matçda meydana 3 xal qazanmaq üçün çıxdıqlarını deyir: “Təəssüf ki, qrupdan növbəti mərhələyə çıxa bilmədik. Ancaq rəqiblərimizin güclü olduğunu, növbəti mərhələyə adlamağın asan olmadığını unutmamalıyıq. Rəqibdən asılı olmayaq qalibiyyət istəyimiz böyük idi. Azərbaycan xalqını qrup mərhələsində də sevindirmək istəyirdik. PAOK-la hər iki matçda buna yaxın idik. “Krasnodar”la səfər matçında daha yaxşı oynadıq, hətta 3 qol vurduq. Lakin baş hakim qollardan 2-ni saymadı.“Borussiya”ya və “Krasnodar”la cavab matçında böyük hesabla uduzsaq da, zəif təsir bağışlamadıq. Qol şanslarımız da oldu, sadəcə, istifadə edə bilmədik”.
Daşdəmirov futbolda idman xoşbəxtliyini vacib amil hesab edir və bir çox oyunlarda bəxtimizin gətirmədiyinə görə üzülür: “Borussiya”yla Bakıdakı oyunu xüsusi qeyd edərdim. Belə güclü rəqiblə matçda ilk 20 dəqiqədə 3 real qol imkanımız oldu, istifadə edə bilmədik. Yoxsa, nəticə başqa cür ola bilərdi. PAOK həmin “Borussiya”ya səfərdə daha çox bəxtin sayəsində qalib gəldi. Oyunun statistikasına baxsaq görərik ki, yunanlar “çərçivə”yə cəmi 1 zərbə vurub, o da qol olub. Ancaq “Borussiya” 10 zərbənin qarşılığında qol sevinci yaşaya bilməyib. Top 2-3 dəfə dirəyə dəyib, PAOK-un qapısına daxil olmayıb. Yəni həmin gün idman xoşbəxtliyi qonaqların tərəfində olub”.
Arif “Qəbələ”nin Avropa Liqasında keçirdiyi 14 oyunun hamısında meydanda olan 4 futbolçusundan biridir. Digər 3 nəfərin - Aleksey Qay, Sergey Zenyov və Aleksey Antonovun legioner olduğunu nəzərə alsaq, Daşdəmirov ən çox oyun keçirən yerli futbolçumuzdur. Futbolçu bunu özü üçün qürurverici göstərici sayır: “Çox xoşbəxtəm ki, qrup mərhələsinin iştirakçısı oldum. Bu, futbolçu kimi böyük arzum idi və buna “Qəbələ”də çatdım. Uğurlu çıxışımızla həm klub, həm də ölkənin reytinqini artırdıq. Qrup mərhələsi bizə böyük təcrübə qazandırdı və görüb-götürdüklərimizin gələcəkdə çox faydası olacaq. Qrupda oynamaqla komandada özünəinam artdı. Bütün bunlar cəmi 2 mövsümdür avrokuboklarda çıxış edən klub üçün böyük irəliləyişdir. Növbəti mövsümdə yenidən qrupa düşməyə və mərhələ adlamağa çalışmalıyıq”.
Arif komandanın çempionatın ikinci dövrəsində uğursuz çıxışına da toxunub. O, xal itkilərini “Qəbələ”nin “iki cəbhə”də çıxış etməsiylə əlaqələndirmir: “Hər komandada eniş olur. Avropa klubları da sıx qrafikdə oynayır. Doğrudur, “iki cəbhə”də mübarizə aparmaq çətindir. Ancaq futbolçunun inkişafı üçün 3 gündən bir oynamaq yaxşıdır. Çox xal itirmişiksə, bunda, ilk növbədə, özümüz günahkarıq. Futbolda uğursuzluq olanda ruhdan düşmək işə yaramır. Əksinə, daha çox işləmək və vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Bu vəziyyətdən birgə səylərimizlə çıxmalıyıq”.
Müdafiəçi lider “Qarabağ”la xal fərqinin 9-a çatmasına görə, ruhdan düşmədiklərini deyir və hesab edir ki, liderlə böyük xal fərqini aradan qaldırmaq yaxşı motivasiyadır. O, “Niyə ruhdan düşməyliyik? Əlbəttə, “Qarabağ”la xal fərqimiz 1-2 deyil, 10-dur. Onu da yaxşı başa düşürük ki, çempionatın sonuna hələ tam 2 dövrə, “Qarabağ”la isə 3 oyunumuz qalır. Bunun biri qış fasiləsinədək olacaq. Deməli, “Qarabağ”a qalib gəlsək, xal fərqini 7-yə endirmiş olacağıq. Komandamızın potensialı böyükdür. Avropa Liqası artıq bizim üçün arxada qaldığından, bütün gücümüzü çempionata qoymalıyıq. Mövsümün əvvəlindən qarşımıza çempionluq vəzifəsi qoyulub və bu, indi də qüvvədə qalır. Bu mənada mövsümün ikinci yarısında mübarizə daha maraqlı olacaq. Bu, çox yaxşı haldır ki, komanda qarşısına böyük məqsəd qoyur və ona çatmağa çalışır. Bunun üçüncə oyunlara yaxşı köklənmək, xal ehtiyatını maksimum artırmaq çox vacibdir. Çempion olmaq istəyiriksə, qış fasiləsinə 2-ci yerdə möhkəmlənərək yollanmaq çox vacibdir” - deyib.
Mehman KAMİLOĞLU
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























