3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

Fariz Nəcəfov: “Qriqorçukla yeni müqavilə imzalayacağıq” EKSKLÜZİV

“Komandamız son oyunlarda uğursuz nəticələr göstərir. Lakin Roman Qriqorçukun komandadan gedişi müzakirə mövzusu deyil”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

F.Nəcəfov ukraynalı mütəxəssisin gələcək fəaliyyəti haqda bunları deyib: “Bunu ilk dəfə sizə açıqlayıram. Qriqorçukla yeni müqavilə imzalayacağıq. Artıq danışıqlarımız olub. Bildiyiniz kimi, baş məşqçimizlə müqaviləmiz bu mövsümün sonunda başa çatır. Sözləşməni daha bir illiyinə artıracağıq”.

Klub rəsmisi transfer çalışmalarından da danışıb: “Gizlətmirəm, Rahid Əmirquliyev maraq dairəmizdədir. Onunla danışıqlar aparırıq. Floresku, Fakunde Pereyra komandadan ayrılır. Onlardan başqa kimlərin gedəcəyi hələ məlum deyil”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31