Ölkə futbolu
Qurban Qurbanov: "Anderlext"ə daha çətin oldu, nəinki bizə"
"Əfsuslar olsun ki, uduzduq. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram. Hər bir futbolçuma "sağ ol" deyirəm. Güclü qrupa düşməyimizə baxmayaraq, oyunçularım rəqiblərdən çəkinməyərək yaxşı nəticə üçün əllərindən gələnin artığını etdilər. Qrup oyunları bizim üçün yaxşı təcrübə oldu. Top komandalara qarşı oynayaraq futbolçularımızda özünəinam daha da çoxaldı. İki düşünmədiyimiz epizoddan qollar buraxdıq. Bu cür komandalar belə fürsətləri əldən vermirlər. Məğlubiyyətə baxmayaraq, komandamın oyunundan razı qaldım. İstirahətə vaxtımız yoxdur. İki gündən sonra çempionat oyununa çıxacağıq. Bu, bizim işimizdir". Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext"ə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.
- Komanda 5 dəqiqədə iki qol buraxdı. Sizcə, buna nə səbəb oldu? Futbolçularda arxayınçılıq yarandı, yoxsa…?
- Futbolda bəzən düşünmədiyin epizodlar olur. Hər iki epizodda rəqib futbolçunun ustalıq səviyyəsi oldu. Okakadan top almaq çox çətin idi. Komandamda arxayınçılıq və ya diqqətsizliyin olduğunu söyləməyim düzgün çıxmaz. Çünki sonadək diqqətli oynamağa çalışdıq. Rəqib kiçik boşluqdan istifadə edərək qollar vurdu. Qismətimiz belə oldu.
- Ötən mövsüm 7 xal, bu il isə qrupu 4 xalla başa vurdunuz. Müqayisə etsək, hansı mövsüm daha uğurlu çıxış etdiyinizi düşünürsünüz?
- Qrupda 4 xalımız olsa da, növbəti mərhələyə yüksəlmək şansımız var idi. Ötən mövsüm isə 7 xal da bizə kifayət etmədi. Əfsuslar olsun ki, qrupdan çıxmağı bacarmadıq. Gücümüzün çatmadığını və ya bəxtimizin gətirmədiyini söyləməyim doğru olmaz. Rəqiblərimizin Avropa təcrübəsi daha böyükdür. Ən azından rəqiblə başabaş mübarizə apardıq. "Anderlext" 20-30 il öncə bu səviyyədə oynamağa başlayıb. Biz isə hələ indi-indi başlamışıq. Rəqiblərimizin həm büdcəsi, həm də futbolçu seçimləri bizdən çoxdur. Onların ölkə çempionatları da yüksək səviyyədədir. Əgər ölkə çempionatımıza maraq artsa, daha yaxşı nəticələr qazanacağıq və qrupdan da çıxacağıq.
- Bugünkü oyunda komandada bəzi mövqelərdə səhvlər oldu. Zədəli oyunçulardan kimləri meydanda görmək istəyərdiniz?
- Məncə, bu gün "Anderlext"ə daha çətin oldu, nəinki bizə. Ola bilsin ki, rəqibin və azarkeşlərin təzyiqi oldu. Ancaq futbolçularım bu təzyiqdən rahat çıxdılar. Bəzən səhvlər də olur. Rəqib də səhvlər edir, biz də. Deyə bilmərəm ki, meydanda hansısa futbolçumuz olsaydı, qələbə qazanardıq. Təbii ki, zədəli futbolçular hazırda sərəncamımda olsaydı, daha yaxşı çıxış edərdik. Ancaq hər bir futbolçumun göstərdiyi oyunundan və xarakterindən razıyam. Sadəcə olaraq rəqib imkanlarından maksimum istifadə etdi və qolları vaxtında vurdu. Hakim də "pis" deyildi. Məncə, Armenterosa qarşı cərimə meydançasında qayda pozuntusu var idi. Ancaq referi penalti təyin etmədi.
- Qış transfer pəncərəsinin açılmasına az qalır. Yeni oyunçu axtarışlarına başlamısınızmı?
- Transfer həmişə etmək istəyirik. Bəzən çətinliklər olur. Düşündüyümüz oyunçunu tapa bilmirik. Qışda transfer həyata keçirmək çətindir. Çünki demək olar ki, futbolçuların hamısının klubu ilə müqaviləsi olur. Bizə klub olaraq sərf edir ki, müqaviləsiz futbolçunu alaq. Daima axtarışdayıq. Hazırda o səviyyədə deyilik ki, milyonlarla pul verib müqaviləsi davam edən futbolçunu alaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
12.11.2026
11.11.2026
10.11.2026
























