1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

“Hər iki dirəyə və tirə vurmuşam, bir qapıya düşmək qalıb”

Topaz Premyer Liqasının XV turunda keçirilən və 2:2 hesablı bərabərliklə nəticələnən “Sumqayıt” - “Kəpəz” oyunu maraqlı epizodla yadda qalan olub. Futbolxeber.az-ın məlumatına görə, matçın 2-ci dəqiqəsində “sarı-göylər”in üzvü Şəhriyar Əliyev rəqib qapısı önündə qarışıqlıq zamanı eyni epizodda iki dəfə topu tirə vurub. Adətən standart vəziyyətlərdə hücuma atılan müdafiəçi kapazpfc.az saytına açıqlamasında həmin epizoda şərh verib: “Karyeramda birinci dəfə idi ki, bir epizodda ardıcıl olaraq iki dəfə zərbəm tirə dəydi (gülür). Özüm də şokdayam, artıq neçə oyundur ki, zərbələrim dirəyə və ya tirə tuş gəlir, qapıya düşmür. Bundan öncə AZAL və “İnter” ilə oyunlarda belə şansızlıq yaşamışdım. Sonuncu dəfə “Sumqayıt”a qarşı görüşdə eyni hal təkrarlandı. Sadəcə, bəxt imkan vermir qol vurmağıma. İnşallah, “Rəvan”la oyunda meydana çıxsam, bunların əvəzini çıxmağa çalışacağam. Hər iki dirəyə və tirə vurmuşam, bir qapıya düşmək qalıb”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30