3 Avqust 2026, Bazar ertəsi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi

Ölkə futbolu

AFFA-dan “Bakı” rəsmisinə 5 oyunluq cəza: “Mən heç kimi təhqir etməmişəm”

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 3 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun 1/8 mərhələsinin “Rəvan” - “Bakı” matçı başa çatdıqdan sonra “Bakı” klubunun  rəsmisi Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.

Məsələ ilə bağlı Futbolxeber.az saytına açıqlama verən Vüqar Əliyev günahsız olduğunu bildirib: “AFFA-nın qərarına hörmətlə yanaşıram. Lakin mən heç kimi təhqir etməmişəm. Cəza artıq verilib. Nə deyim ki? Nəinki oyundan sonra, ümumiyyətlə heç oyun vaxtı da təhqirə yol verməmişəm. Bəli, hakimlərə narazılığımızı bildirmişik. Bu da matçın sonuna vaxtın artırılmaması ilə bağlı idi. Ancaq hər hansı bir təhqirdən söhbət gedə bilməz”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31